SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Astmaya qarşı dünyada analoqu olmayan dərman hazırlanıb

10-01-2019, 12:50 | Oxunub: 12 179 |

Astmaya qarşı dünyada analoqu olmayan dərman hazırlanıb

Rusiyalı alimlər astmanın əsas mexanizmlərindən biri olan xroniki bronxiti dayandıran dərman işləyib hazırlayıblar.

Emtv.az xəbər verir ki, bu haqda “İzvestiya” məlumat verir.

Federal tibbi-bioloji agentliyinin İmmunologiya İnstitutunun mütəxəssisləri xəstələri boğulmaqdan xilas edən xüsusi vasitə hazırlayıblar.

Alimlər qeyd edirlər ki, dərman vasitəsi təkcə xəstəliyin əlamətləri ilə mübarizə aparmayacaq, eyni zamanda, xəstəliyin yaranma səbəbinə təsir edəcək.

Dərman vasitəsi bir sıra sınaq mərhələlərini keçib.

Mütəxəssislər siçanlar üzərində müşahidə apararaq isbat ediblər ki, dərmanın inqalyasiya vasitəsilə qəbul edilməsi bronx toxumalarının iltihabını kəskin şəkildə azaldır.

Dərman vasitəsinin tərkibinə iki maddə - interleykin-4 maddəsini ifrazını dayandıran miRNT molekulu (kiçik kodlaşdırılmamış ribonuklein turşusu molekulu) və iltihabın dayandırılması üçün dərman vasitəsini daha vacib bölgələrə çatdırmağa xidmət edən kasion peptid daxildir.

Bu barədə institutun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Musa Xaitov deyib:

“Bronxial astma bu ardıcıllıqla inkişaf edir: nəfəs yollarına allergen maddələr, məsələn, toz hissələri düşür. O, bir sıra molekulyar prosesləri stimullaşdırır. Allergenə cavab olaraq orqanizm çoxlu miqdarda molekul ifraz edir, xüsusilə də allergik xəstələrdə əsas rol oynayan intlerleykin-4 (İL-4) ifraz olunur. İL-4 iltihab prosesini işə salır ki, bu da nəticədə boğulmaya səbəb olur. Bizim hazırladığlmız dərman vasitəsinin tərkib maddəsi İL-4-ün ifrazını dayandırır”.

Tomsk Dövlət Universitetinin professoru, immunoloq-allerqoloq həkim Olqa Fyodorovanın sözlərinə görə, bu dərman vasitəsinin dünyada analoqu yoxdur.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR