SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlimlərə başlanılıb

9-01-2019, 16:20 | Oxunub: 2296 |

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlimlərə başlanılıb


Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş bir sıra əlavə və dəyişikliklərin büdcə təşkilatlarında tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlimlərə start verilib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, təlim başlanmazdan əvvəl Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək iştirakçılara təlimlə bağlı ümumi məlumat verib, əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə danışıb.

Təlim müddətində vergi sahəsində edilən dəyişikliklərlə bağlı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun çıxışı olub və mövzu ilə əlaqədar dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sosial sığorta və işsizlikdən sığorta sahəsində edilmiş dəyişikliklər barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun gəlirlər şöbəsinin müdiri Əli Həsənov mövzunun mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçılara Maliyyə və Vergilər nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun birgə təşəbbüsü ilə hazırlanmış əlavə və dəyişiklikləri özündə əks etdirən məlumat kitabçaları paylanılıb.

Tədris planına əsasən təlimlər bütün nazirlik, komitə və təşkilatlarla birlikdə, ümumilikdə, 187 büdcə təşkilatında 252 maliyyə və mühasibatlıq işçisini əhatə edəcək.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR