SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Tesla” ABŞ-dan kənarda ilk zavodunu Çində tikir

7-01-2019, 19:29 | Oxunub: 9 417 |

“Tesla” ABŞ-dan kənarda ilk zavodunu Çində tikir

“Tesla” şirkəti Çində özünün ilk elektromobil yığımı müəssisəsinin inşasına başlayıb. Zavod Şanxay yaxınlığındakı Linqan sənaye zonasında yerləşəcək.

Yeni zavod şirkətin ABŞ hüdudlarından kənarda yerləşən ilk müəssisəsi, eləcə də Çinin avtomobil sənayesində 100 faiz xarici kapitala malik ilk zavod olacaq.

“Tesla” ilə Linqan inzibati rayonu və “Linqan” korporasiyası arasında zavodun tikintisi üzrə saziş 2018-ci ilin iyulunda imzalanıb. 2020-ci ilədək “Tesla Model 3” yığılmış modelini buraxmaq planlaşdırılır.

Sənədə əsasən, ABŞ şirkəti illik istehsal həcmi 500 minədək avtomobil olan müəssisənin tikintisinə özü investisiya qoyacaq. Sərmayənin həcmi açıqlanmasa da, yerli KİV bu layihənin Şanxay tarixində istehsalatda xarici kapital qoyuluşu baxımından ən iri layihə olduğunu yazır.

Ötən il avqustun əvvəlində “Bloomberg” agentliyi məlumatlı mənbəyə istinadən “Tesla”nın zavodun inşasına 5 milyard dollar ayırmağa hazır olduğunu bildirirdi.

Həmçinin sazişə əsasən “Tesla” zavod üçün ayrılmış ərazidən (864,8 min kv.m) ticari məqsədlə 50 il istifadə etmək hüququna malikdir.

Qeyd edək ki, Şanxay müəssisənin tikintisi üçün təsadüfən seçilməyib. Belə ki, məhz bu meqapolis Çində elektromobillərdən istifadə üzrə ilk yeri tutur. 2017-ci ilin sonuna şəhərdə 165 min belə avtomobil var idi.

Sevinc Əlimova,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR