SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan hökumətindən izahat tələb edib

7-01-2019, 19:21 | Oxunub: 8 542 |

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan hökumətindən izahat tələb edib

Avropa İnsan Hüquqları Məhkəməsi ölüm ayağında olan sahibkar Samvel Mayrapetyanın pasportunun əlindən alınması və müalicəsinə imkan verilməməsi ilə bağlı Ermənistan hökumətindən izahat tələb edib.

Emtv.az xəbər verir ki, bu barədə sahibkarın vəkilləri məlumat veriblər. Onların sözlərinə görə, həkim konsiliumu Mayrapetyanın müalicəsinin Ermənistanda mümkün olmadığı barədə rəy verib və onun xarici ölkələrin birinə aparılmasını tövsiyə edib. Pasportu istintaq orqanları tərəfindən alınan sahibkarın vəkillərinin müraciətinə mənfi cavab verilib. Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistan prokurorluğuna göndərdiyi sorğu da cavabsız qalıb.

Sahibkarın vəkillərinin bəyanatında deyilir: “Təəccüblüsü odur ki, Avropa məhkəməsi bir gün müddətində bu məsələ ilə bağlı müvafiq tədbir görsə də, vətəndaşının həyatını qurtarmağa borclu olan dövlət orqanları bu məsələyə biganə yanaşırlar”.

Ermənistanın N2 televiziya kanalının sahibi S.Mayrapetyan Yerevan məhkəməsinin qərarı ilə 62 min dollar girov müqabilində ev dustaqlığına buraxılıb, lakin onun pasportu qaytarılmayıb. Sahibkar rüşvətə vasitəçilikdə ittiham olunur.

Aynurə Kərimova,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR