SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Balaban ifaçımız könülleri feth edir - FOTOLARI

25-12-2018, 16:35 | Oxunub: 15 686 |

Balaban ifaçımız könülleri feth edir - FOTOLARI

Lirik səsi ilə ürəkləri fəth edən balaban ən çox sevilən nəfəs alətlərindəndir.

Emtv.az xəbər verir ki, çox qədim tarixi köklərə malik olan bu alət instrumental xalq yaradıcılığında geniş istifadə olunur.

Həmçinin, klassik muğam yaradıcılığında, Azərbaycan folklor rəqs melodiyalarinda və aşiq sənətində özünəməxsus yer tutur.

Azərbaycanın ən qədim xalq musiqi alətindən biri balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında, eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir. Balaban musiqisi əsasən Azərbaycan musiqisində yeddi əsas muğamdan biri sayılan segah ladı üzərində qurulduğu üçün, onun ən savadlı və mahir ifaçıları, ruhları muğamla yoğrulmuş azərbaycanlılar sayılırlar.

Sevindirici haldir ki, balaban ifaçilarımız bu gün cağdaş musiqimizin dunyaya tanınmasında öz töhfələrini əsirgəmir.

Bu ifaçilardan biri də istedadli balaban ifaçisi Rafael Əsgərovdur. Onun balaban ifasında səsləndirdiyi melodiyaların ecazı qonşu ölkə musiqiçilərinin də qəlbini fəth edib. Rafael Əsgərov Respublikanın Xalq artisti, muğam sənətinin mahir ifaçis iAlim Qasımovun ansamblında dünyanın məşhur səhnələrində çixiş edib.

Elmlər Akademiyasının “Dədə Qorqud” folklor ansamblının aparıcı solisti Rafael iranlı məşhur musiqiçisi, bəskəkar mugənni Pərvaz Homayın dəvətilə qonşu ölkəyə dəvət olunub. Konsert proqramının İranın Tehran və Təbriz şəhərlərinin geniş şəhnələrində keçirilməsi nəzərdə tutulub.

İfaçıdan bu haqda məlumat alarkən bildirdi ki, yanvar ayının əvvəllərində artıq qonşu ölkədə konsertin məşqləri başlayacaq.

Biz əminik ki, qardaş ölkədə veriləcək bu konsertlərin hər biri böyük anşlaqla keçəcək və ifaçıya möhtəşəm uğurlar bəxş edəcək.

Onun mahir ifaçılıq sənətinə böyük inama söykənərək, bu yolda Rəfaelə yaradıcılıq nailiyyətləri arzulayır, Azərbaycanın bu qədim musiqi alətini bütün dünyada tanıtmasını diləyirik.

İlahe Tahir qızı
Emtv.az

Balaban ifaçımız könülleri feth edir - FOTOLARI
Balaban ifaçımız könülleri feth edir - FOTOLARI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR