17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
"Sərxan ikinci Roza olmaq istəyir"
Son günlər sosial şəbəkədə ən çox müzakirə edilən mövzu "Maşın" realiti-şounun iştirakçılarıdır.
Emtv.az yerli KİV-ə istinadən bildirir ki, bir çoxları oyunun 17-ci buraxılışının çox maraqsız olmasından gileylənib. İstifadəçilərin əksəriyyəti "Maşın" tarixində ən maraqsız buraxılış" kimi şərhlərlə oyunu pisləyib. Hətta şou-biznes nümayəndələrinin əksəriyyəti də oyunun maraqsızlığından gileylənib. Bunlar arasında aktrisa Pərvin Abıyeva da yer alıb.
"Maşın" şouda müzakirə olunan digər məqam isə aparıcı-aktyor Sərxan Kərəmoğlunun aqressiv davranışlarıdır. Şouda səs-küy yaratmaq istəyən Sərxan bir az irəli gedib. Onun təkcə elə aktyor, vayner Mənsur Şəriflə səsvermədə yarışdığı gün davranışları tənqid edilib. Heç kimə danışmağa imkan verməyən, hətta hamıya qışqıran Sərxan studiyada oturan əl çalan tamaşaçılara da qışqırıb.
Sosial şəbəkə izləyiciləri Sərxanı "Maşın"ın 16-cı buraxılışındakı davranışları ilə diqqət çəkən müğənni Roza Zərgərli ilə müqayisə ediblər. Onlar Kərəmoğlunun ünvanına "Rozanı bu dəfə Sərxan əvəz edir. Sərxan ikinci Roza olmaq istəyir" kimi şərhlər yazıblar.
Aysu Əliyeva,
Emtv.az