SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda qətlə yetirilən oğlan Azərbaycan Texniki Universitetinin tələbəsi olub

24-12-2018, 13:37 | Oxunub: 7 780 |

Bakıda qətlə yetirilən oğlan Azərbaycan Texniki Universitetinin tələbəsi olub

Bakıda bıçaqlanaraq öldürülən Xəlilov Elman Elyar oğlu Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata universitetdən məlumat verilib.

Qeyd olunub ki, hadisə 23.12.2018-ci il tarixində, yəni istirahət günündə universitetdən kənarda baş verib: "Bizdə olan qeyri-rəsmi məlumata görə, 25.07.2000-ci il təvəllüdlü Elman uşaqlıq dostu Murğuzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Xatırladaq ki, Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR