17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Türkiyə HÜCUMA HAZIRLAŞIR
Türkiyə Fəratın şərqində əməliyyata hazırlaşdığı vaxtda PYD/YPG terrorçularının Suriya rejimindən "muxtariyyət" almaq istəyi ilə Şama heyət göndərib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Suriyada ABŞ-ın bölgədən çəkilməsi və Türkiyənin hərəkətə keçməsi məsələsi müzakirə olunacaq.
Bundan əvvəl isə Rusiya və İranın vasitəçiliyi ilə PYD və Suriya rəsmiləri arasında görüş keçirilib. Suriya rejimi PYD-nin nəzarətindəki bölgələri qeydi-şərtsiz təslim etməyi tələb edib, əvəzində Suriyanın yeni konstitusiyasında kürdlərin bir sıra mədəni haqlarının tanınacağı vədi verilib. Lakin görüşdə razılaşma əldə olunmayıb.
İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, dünən Suriya rejimi ilə PYD/YPD-dən formalaşan Suriya Demokratik Qüvvələri arasında Qamışlı bölgəsində görüş keçirilib. Görüşdə SDQ-nin nəzarətindəki neftlə zəngin olan bəzi bölgələrin Şama təslim edilməsi müzakirə olunub.
PYD-nin sözçüsü Cihan Əhməd "Sputnik"ə açıqlamasında bildirib ki, Münbiçi Suriya rejiminə təslim edə bilərlər.
"Parçalanma mərhələsində olan bir ölkədə olmaq istəmirik. Biz bu bölgədə muxtariyyət istəyirik və kimin bayrağı altında olduğumuz önəmli deyil", - deyə bildirib.
Seymur Rəhimov,
Emtv.az