SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” - Məktəbdə yeni il QALMAQALI - FOTO

22-12-2018, 18:08 | Oxunub: 9 740 |

“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” - Məktəbdə yeni il QALMAQALI - FOTO

"Biletləri mütləq gətirin. Mütləq!"

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, söhbət paytaxtda fəaliyyət göstərən 194 saylı tam orta məktəbdən gedir.

Məktəbdə yeni il şənliyi keçiriləcək. Hazırlıqlar çərçivəsində nəfis tərtibatda biletlər də çap etdirilib. Bura qədər hər şeyə normal baxmaq olar. Təhsil ocağı tədbir keçirir və bunu səliqəli şəkildə təşkil etmək üçün şənlikdə iştiraka icazəni bilet əsasında təşkil edir.

Məsələnin sual doğuran tərəfi həmin biletlərin məcburi qaydada satılmasıdır.

Şagird: "Rəşad müəllim müəllimimizə dedi ki, biletlərin hamısını satmasanız sizi tədbirə buraxmayacağam".

Bu yerdə deyək ki, biletlərin tam həcmdə satılmayacağı halda bütün sinifin tədbirə buraxılmayacağını deyən Rəşad müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, tədbirin təşkilatçısıdır. Məktəb rəhbərliyinin də məsələyə münasibətini öyrənməyə çalışdıq.

Müsahibə verməkdən çəkinən direktor və müavininin şifahi açıqlaması belə oldu: "Şənliyin keçirilməsi üçün təşəbbüs valideynlərin özlərindən gəlib, bilet satışı isə məcburi deyil".

Faktla bağlı məktəbdən ətraflı cavab ala bilməsək də Bakı şəhəri üzrə Təhsil İdarəsi məsələyə biganə qalmadı. İdarədən ARB TV-yə verilən məlumatda deyilir:

"Ümumtəhsil məktəblərində yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur. Müxtəlif qurumların ümumtəhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür".

Onu da deyək ki, məsələyə müdaxiləmizdən sonra sözügüdən məktəbdə Yeni il şənliyi ləğv edilib. Məcbur və ya könüllü şəkildə satılan biletlər valideyinlərdən geri alınıb.

Aysu Əliyeva,
Emtv.az

“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” - Məktəbdə yeni il QALMAQALI - FOTO
“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” - Məktəbdə yeni il QALMAQALI - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR