SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI

18-12-2018, 14:40 | Oxunub: 10 622 |

“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI

Azərbaycanla Ermənistan arasında balans həm hərbi, həm siyasi planda əlçatmaz həddə qədər pozulub. Bu, Ermənistanın Qarabağdakı vəziyyətinə olduqca mənfi təsir edəcək.

Emtv.az erməni KİV-lərinə istinadən xəbər verir ki, belə qənaətlə hərbi ekspert Van Ambarsumyan çıxış edib.

Ekspert diqqəti buna cəlb edib ki, Ermənistanın yeni rəhbərliyinin siyasəti ucbatından KTMT baş katibi vəzifəsinə Belarus nümayəndəsi Stanislav Zasın təyin edilməsi təhlükəsi yaranıb. Onun namizədliyi prezident Aleksandr Lukaşenko tərəfindən dəstəklənib. General Zas azərbaycanpərəst mövqeyi ilə tanınır.

“Xatırladıram ki, o Bakıda Ali Hərbi Məktəbi bitirib. Azərbaycanın prezidenti, müdafiə naziri və Silahlı Qüvvələrin Baş qərargah rəisi ilə çox sıx və dostluq əlaqələrinə malikdir. O, hətta Azərbaycana Belarus silahlarının, o cümlədən “Polonez” raket sistemlərinin təchizatının təşəbbüskarlarından və vasitəçilərindən biridir”-Ambarsumyan bildirib.

Erməni hərbi ekspertin dəyərləndirmələrinə görə bu silah təchizatı ilə Azərbaycanla Ermənistan arasında qüvvələr balansı əlçatmaz səviyyədə pozulub. Çünki dünyada “Polonez”lərin analoqu demək olar ki, mövcud deyil.

Ambarsumyan qeyd edib ki, həmin raket sistemləri praktiki olaraq ən yeni HHM sistemləri üçün əlçatmazdır, hətta bu sistemlərin özünə ciddi təhdid yaradır.

“Çünki Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla eyni zamanda 8 taktiki və strateji hədəfi, o cümlədən Ermənistanın silahlanmasında yer alan S-300/S-300PM və S-300B/S-300PS rus zenit-raket komplekslərini məhv edə bilər. Hava Hücumundan Müdafiə sistemləri üçün bizim silahlanmamızda yer alan “İsgəndər-E” operativ-taktiki raket kompleksinə qarşı müqavimət göstərmək daha sadədir, nəinki “Polonez”ə qarşı”-Van Ambarsumyan bildirib.

Erməni ekspert əlavə edib ki, Azərbaycan artıq “İsgəndər”-lərə cavab olaraq İsraildən müasir “LORA” operativ-taktiki raketlərini alıb. Həmin raketlərin hədəfi vurma məsafəsi 400 kilometrə qədərdir.

Bəs ümumiyyətlə erməni tərəfinin Azərbaycan qarşısında hansısa üstünlüyü varmı? Ambarsumyan bu suala cavab verməkdə çətinlik çəkib. Onu bildirib ki, erməni tərəfində yaxşı hazırlıq keçmiş kadr və zabit heyəti var idi. Amma KTMT baş katibi Yuri Xaçaturovla bağlı qalmaqal bu kadr və zabit heyətinin nüfuzuna zərbə vurdu.

Ambarsumyana görə Qarabağdakı erməni hərbi birləşmələrinin şəxsi heyətinin “yüksək döyüş ruhu” var, amma bu texniki və say üstünlüyünə malik olan düşmənə qarşı yetərli deyil. “Bizim texnika dərin modernizasiyaya ehtiyac duyur. Məsələn, tanklarımız gecə vaxtı işə yaramır. Onlar düşmən tankları və hətta müasir tank əleyhinə raket kompleksləri üçün asan hədəfə çevrilirlər”-erməni hərbi ekspert belə deyib.virtualaz.org

Aynurə Kərimova,
Emtv.az

Paylaş.
“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI
“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI
“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI
“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI
“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI
“Azərbaycan “Polonez”dən bir yaylım atəşi açmaqla bizim S-300 raketlərini məhv edər…” – FOTOLARI


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR