SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mübariz İbrahimovu "qatil" adlandıran qız məhkəməyə verildi

17-12-2018, 20:30 | Oxunub: 13 592 |

Mübariz İbrahimovu "qatil" adlandıran qız məhkəməyə verildi

Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib.


O, paylaşdığı videoda Mübariz İbrahimovu "qatil" və "cinayətkar" adlandırmaqdan belə çəkinməyib.

Qeyd olunan məsələ cəmiyyətdə ciddi etirazlarla qarşılanıb.

Bir sıra tanınmış şəxslər, şəhid ailələri, sadə insanlar gənc xanıma etirazlarını müxtəlif formada bildirib.

Nərmin Şahmarzadə özü isə şəxsi Facebook hesabında paylaşdığı videoda söylədiyi fikirlərə görə peşman olmadığını və sözünün üstündə dayandığını bildirib.

Mövzu ilə bağlı aprel döyüşləri zamanı qəhrəmanlıq göstərib şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anası Ceyran Axundova etirazını bildirib. O, psixoloqun məhkəməyə verməyin lazımlığını bildirib.

"Onu məhkəməyə vermək lazımdır. Nəyi gözləyirik? Kimsə çorəyimizi yeyərək, suyumuzu içərək bizim qəhrəmanlıq simvolumuzu qatil adlandırır? Düşmənimizə ürəyi yanır? Getsin o erməni otursun Ermənistanda ürəkyananlıq eləsin", - Şəhid anası etirazını bildirib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.

Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Məsələ ilə bağlı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da münasibət bildirib. O qeyd edib ki, belə bir məsələyə baş qoşmaq əvəzinə, övladlara sevgi, məhəbbət öyrədilməsinin tərəfdarıdır. Həmin kadrları təqdim edirik:

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR