SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”

15-12-2018, 16:27 | Oxunub: 13 003 |

“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”

Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Minskdə çoxsaylı Rusiya media nümayəndələri ilə görüşüb.

Emtv.az xəbər verir ki, Lukaşenko görüşdə bir çox detalları, o cümlədən dövlət başçıları ilə söhbətlərinin detallarını açıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Azərbaycana silah satışına, KTMT-nin baş katibi ilə bağlı qalmaqaldan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətinə görə girdiyi mübahisəyə qədər bir çox mövzulardan danışıb.

Belarus rəsmi KİV-ləri Lukaşenkonun çıxışının stenoqramını yayır. Onun maraqlı açıqlamalarından biri də Azərbaycanın Belarusa təcili borc verməsi ilə bağlıdır. Bu əhvalat bir neçə il əvvəl olmuşdu və Rusiya Belarusu sıxışdıraraq qaza görə yaranan borcun təcili ödənilməsini tələb edirdi. “Qazprom” xəbərdarlıq edirdi ki, borc ödənilməsə Belarusun qaz təchizatını dayandıracaq. Belə vəziyyətdə Belarus prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə əlaqə saxlayıb və bir neçə həftəliyə iri məbləğdə borc xahiş edib. Azərbaycan prezidenti bu xahişi təmin edib və Belarusa təcili kredit verib. Belarus tərəfi borcu tezliklə ödəyib.

Lukaşenko rusiyalı jurnalistlərlə görüşündə Azərbaycanla münasibətlər barədə danışarkən həmin epizodla bağlı bunları deyib: “Daha bir məqam. O vaxt mənə Rusiyaya təcili 900 milyon dollar qaytarmaq lazım idi. Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı. Qazı kəsmişdilər. Mən zəng vurdum: İlham, deyirəm, mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Lakin mənə pul sabaha lazımdır. Mən Putinə 900 milyon dollar verməliyəm. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bilirsiniz, bu çox dəyərlidir. Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə o cümlədən”.virtualaz.org

Seymur Rəhimov,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR