SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiya hərbçisi Ermənistanda heç bir səbəb olmadan süpürgəçi qadını döyüb, öldürüb…

14-12-2018, 16:03 | Oxunub: 12 203 |

Rusiya hərbçisi Ermənistanda heç bir səbəb olmadan süpürgəçi qadını döyüb, öldürüb…

Ermənistanda 102-ci Rusiya hərbi bazasının hərbçisi Gümrünün mərkəzi meydanında kommunal xidmətin işçisi olan 57 yaşlı Cülyetta Qazaryanı döyüb öldürdüyü təsdiqlənib.

Emtv.az xəbər verir ki, dekabrın əvvəllərində baş vermiş bu insidentin üstü əvvəlcə ört-basdır edilmişdi və Rusiya səfirliyi 102-ci bazann hərbçisinin süpürgəçini döyüb öldürməsi barədə KİV-lərdə yer alan xəbərlərə görə qəzəbli bəyanat vermişdi. Bildirilirdi ki, bu yoxlanılmamış, yalan məlumatın yayılması təxribatdır, Rusiya-Ermənistan münasibətlərini korlamağa hesablanıb.

Lakin dekabrın 11-də Ermənistan Baş Prokurorluğu məlumat yayıb ki, Gümrüdə süpürgəçi qadını döyüb öldürən Rusiya hərbçisi həbs olunub. Cinayət işinə videomüşahidə kameralarından götürülmüş görüntülər də əlavə edilib və kadrlardan görünür ki, qadın sakitcə küçə ilə getdiyi yerdə ona gənc adam yaxınlaşır. Və heç bir səbəb olmadan qadının sifətinə yumruq zərbələri endirir və çıxıb gedir.

Qadın aldığı zərbələrdən yerə yıxılıb və daha sonra xəstəxanaya aparılarkən keçinib. Qızı deyib ki, anasını görəndə sifəti tanınmaz halda idi. Gözü az qala yerindən çıxmışdı və başı yerə dəyib partlamışdı.

Bu, 102-ci bazanın əsgəri Valeri Permyakın Gümrüdə erməni ailəsini qətlə yetirməsindən sonra baş vermiş və Ermənistanda Rusiya hərbi bazasına qarşı hiddətə səbəb olan ikinci belə hadisədir. Xəbərlərə görə süpürgəçi qadını öldürən Rusiya hərbçisinin barəsində həbs qətimkan tədbiri seçilsə də o, hazırda 102-ci bazanın ərazisində saxlanılır və Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib. Bu haqda “İnformasiyalı vətəndaşlar ittifaqı” adlı vətəndaş platforması məlumat yayıb.

Təşkilat bildirir ki, 102-ci hərbi bazaya dair razılaşmaya əsasən hərbi bazanın tərkibinə daxil olan şəxslərin Ermənistan ərazisində törətdiyi cinayətlərə Ermənistan qanunvericiliyi əsasında bu ölkənin müvafiq orqanları tərəfindən baxılmalıdır.

Rusiya hərbçisi Ermənistanda heç bir səbəb olmadan süpürgəçi qadını döyüb, öldürüb…

Lakin Rusiya tərəfi əsgər Permyakovun məsələsində olduğu kimi süpürgəçi qadını erməni tərəfinə təhvil vermək istəmir. Belə görünür ki, Rusiya konstitusiyasının 61-ci maddəsinə əsaslanır. Həmin maddəyə əsasən Rusiya vətəndaşlarının başqa ölkəyə təhvil verilməsi mümkün deyil. Təşkilat isə bildirir ki, 1995-ci ildə və sonradan imzalanmış razılaşmalara əsasən 102-ci baza Ermənistan ərazisində dislokasiya olunsa da orada hərbi bazanın Rusiya ərazisi olduğu haqda heç bir qeyd yoxdur. Yəni süpürgəçini öldürən şəxs Rusiyanın deyil, Ermənistanın ərazisindədir və deməli həmin maddə ona şamil oluna bilməz.

Amma Rusiya tərəfi günahsız qadını öldürmüş həmin şəxsi faktiki məsuliyyətdən yayındırır və erməni tərəfinə təhvil vermir.

Hələlik baş nazir Nikol Paşinyan bu hadisəyə münasibət bildirməyib. Amma sosial şəbəkələrdə onun tərəfdarları və Qərbdən maliyyələşən QHT-lər tərəfindən süpürgəçi qadının rus hərbçisi tərəfindən öldürülməsinə görə qəzəbli reaksiyalar yer alır. 102-ci bazanın məsələsinə baxmağın vaxtının çatdığı bildirilir.virtualaz.org

Sevinc Əlimova,
Entv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR