SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Böyrək və öd kisəsi daşlarından təbii yolla azad olun - Qəpik-quruşluq reseptlər

13-12-2018, 20:28 | Oxunub: 18 116 |

Böyrək və öd kisəsi daşlarından təbii yolla azad olun - Qəpik-quruşluq reseptlər

Böyrək və öd kisəsində olan daşlar zamanla ağrı verərək bir sıra narahatlıqlar yaradır. Bəzən isə daşların yerləşmə yeri və ölçüləri böyük olduğu üçün yalnız əməliyyatla kənarlaşdırmaq mümkün olur. Lakin onları təbii yollarla da əritmək mümkündür.

Emtv.az yerli KİV-ə istinadən öd kisəsi və böyrək daşlarını əritmək üçün dərman bitkilərindən hazırlanmış bir sıra reseptlər təqdim edir.

1) Böyrək qumunun tökülməsi üçün: 1 stəkan qoz ləpəsi, qıtıotu (xren) kökü və baldan hazırlanan məcun sayəsində oynaqlar cavanlaşır, ağrılar azalır.

Xren kökünü 1 gecə dondurucuda saxlayın. Səhər onu və qoz ləpəsini xırdalayaraq ət maşınından keçirin. Daha sonra bal əlavə edərək 2 gün saxlayın. Hər səhər acqarına 1 ç/q və axşam yatmazdan əvvəl qəbul edin. Məcunu 5 gün içərək 5 gün fasilə verin.

Məcun bitənə qədər bu minvalla davam edin. Müalicə kursunun sonunda böyrək qumunun ağrı vermədən xaric olduğunu görəcəksiniz.

2) Böyrək daşlarının əridilməsi üçün: mərcangilə bitkisinin 1 dolu xörək qaşığı quru yarpaqlarını 3 stəkan suda 10 dəqiqə qaynadın. Daha sonra termosa tökərək 2 saat saxlayın. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. Müalicə kursu 3 həftədir.

3) Öd daşının əridilməsi üçün: ətçəkən maşından 500 qr xren kökünü keçirin, üzərinə 1 l qaynar su əlavə edin. Qabın ağzını möhkəm bağlayaraq 24 saat saxlayın. Daha sonra məhlulu süzün, qalıqları möhkəm sıxın. Sutkada 3 dəfə olmaqla yeməkdən 30 dəqiqə əvvəl 50 ml qəbul edin.

4) Öd kisəsində olan daşları əritmək üçün: heç bir əməliyyata ehtiyac olmadan bu bitkinin köməyi ilə öd kisəsi daşlarından və buna bağlı olan sarılıqlan yaxa qurtarmaq mümkündür. Həmçinin bu bitki sayəsində zərərli xolesterindən, aritmiyadan, kardiosklerozdan azad olmaq mümkündür. Sidikqovucu təsiri sayəsində qan təzyiqini aşağı salır. Amma bu bitkidən istifadə edərkən ehtiyatlı olmaq lazımdır.

Ətirli çətiryarpaq bitkisindən resept: 2 ç/q quru bitkinin üzərinə 1 səkan soyuq su tökün. Bir gecə saxlayın. Səhər süzərək 1,5-2 saatdan bir 1 x/q için. Bu üsulla öd yolu və öd kisəsi daşlarından azad ola bilərsiniz. Müalicə kursu 5-6 həftə təşkil edir.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR