SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yeni İli evdə qarşılamaq istəyən azərbaycanlıların sayı artıb

13-12-2018, 13:56 | Oxunub: 12 117 |

Yeni İli evdə qarşılamaq istəyən azərbaycanlıların sayı artıb

Bu il Yeni İli ölkədaxili istirahət obyektlərində qarşılamaq istəyən Azərbaycan vətəndaşlarının sayı ötən ilə nisbətən azdır.

Emtv.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyasının xarici turizm komitəsinin rəhbəri Ayxan Əlləzli məlumat verib.

"Məsələn, hər il olduğu kimi, bu il də Yeni İl mövsümü üçün Qəbələ rayonu istiqamətində yerli turistlərin axını var. Amma ötən illə müqayisədə axın zəifdir. O vaxt Qəbələdə boş yer tapmaq olmurdu, indi isə boş yerlər hələ ki, var", - o deyib.

Bu il bayramı xaricdə keçirmək istəyən azərbaycanlıların da sayı azalıb. Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev açıqlamasında bunu bir sıra ölkələrdə ictimai-siyasi vəziyyətin narahatlıq doğurması ilə izah edib.

"Təbii ki, azərbaycanlılar problemlə üzləşməyəcəkləri ölkələrə səfər edirlər. Məsələn, vətəndaşlarımız Avropa ölkələri arasında həmişə Fransaya, konkret olaraq Parisə getməyə üstünlük verirlər. Amma hazırda Fransa paytaxtında yaşanan məlum hadisələrə görə Parisə maraq azalıb. Ora alınan aviabiletlər geri qaytarılır. Turizm şirkətləri özləri də insanlara Parisə getməyi tövsiyyə etmirlər. Çünki, turistlərin təhlükəsizliyinə heç kim zəmanət vermir. Əvəzində vətəndaşlara İtaliya və İspaniyanın müxtəlif şəhərləri məsləhət görülür. Həmçinin təhlükəsizlik baxımından Gürcüstana da maraq azalıb. Qonşu ölkənin paytaxtı Tbilisidə keçirilən mitinqlər yeni ili orada qarşılamaq istəyənləri fikrindən daşındırır, amma bu, yəgin ki, müvəqqətidir. Azərbaycanlıların dincəlməyə üstünlük verdiyi Dubaya maraq isə hər il olduğu kimi bu il də yüksək səviyyədədir, çünki orada hər hansı bir narahatlıq doğuran məqam yoxdur", - o bildirib.

Hər il olduğu kimi, bu il də Yeni İl mövsümü üçün Qəbələ rayonu istiqamətində yerli turistlərin axını var. Amma ötən illə müqayisədə axın zəifdir. O vaxt Qəbələdə boş yer tapmaq olmurdu, indi isə boş yerlər hələ ki, var.

Yeni il ərəfəsində Azərbaycandan xaricə getmək istəyənlərin sayı azalsa, ölkəmizə gəlmək istəyən əcnəbilərin sayında ötən illə müqayisədə azalma yoxdur. Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinin rəhbəri Nəsib Usubovun verdiyi məlumata görə, bayramı Bakıda keçirmək istəyənlər əsasən MDB ölkələrinin vətəndaşlarıdır.

"Bu ərəfədə ərəb ölkələrindən də Azərbaycana gəlmək istəyənlər var, amma bunun Yeni İlə aidiyyəti yoxdur. Çünki bu bayram müsəlman ölkələrində qeyd olunmur. Yeni ili qarşılamaq üçün bura üz tutanlar əsasən Rusiya və Ukrayna kimi ölkələrin vətəndaşlarıdır. Onlar isə bayramı daha çox Bakıda keçirməyə üstünlük verirlər", - o qeyd edib

Əfsanə Rəcəbova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR