SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Axtar Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirilib

11-12-2018, 11:55 | Oxunub: 3403 |

 Axtar Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirilib
Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir Ümummilli liderin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.

Emtv.az xəbər verir ki, tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra isə ümummilli liderin həyat və fəaliyyəti barədə qısa informasiya verərək Azərbaycan diasporunun formalaşması və inkişafında dahi şəxsiyyətin əvəzedilməz rolundan danışıb.

Anım mərasimində Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş etibdirilib.

Tədbirdə ümummilli liderin Ukrayna-Azərbaycan münasibətlərinin formalaşması və inkişafında rolu, Ukrayna dövlətinə xüsusi əhəmiyyət verməsi, Ukraynada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açılıb.

Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov gələn il Ukraynada ümummilli liderin xatirəsinə kikboks turnirinin keçiriləcəyi barədə iştirakçılara məlum verib.

Anım mərasimi diaspor rəhbərləri və fəallarının dahi Heydər Əliyev haqqında xatirələrinə dair fikir mübadiləsi ilə davam edib.

Aynurə Kərimli
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR