SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs İslami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

11-12-2018, 11:12 | Oxunub: 7 062 |

"Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs İslami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"
Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan ulu öndər Heydər Əliyevin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir.

Emtv.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Heydər Əliyev ümummilli lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi.

Şeyxülislam əlavə edib ki, ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı:

"Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. Əlbəttə, dinimizin dirçəldilməsi, dini dəyərlərə qayıdış sahəsində baş verən dəyişikliklər müstəqilliyimizin uğurları ilə əlaqədardır. Lakin bu da şəksizdir ki, əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs İslami dəyərlərin təşəkkülü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda İslama heç də birmənalı münasibət bəslənmirdi. Məhz Heydər Əliyevin prezidentliyi dövründə İslam xalqımızın həyatında layiqli yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Heydər Əliyev yüksək mədəniyyət və mənəviyyata malik insan kimi dinin yüksək ideallarını hər zaman dəyərləndirmək iqtidarına malik dahi idi".

A.Paşazadə vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaq, xəritədən silinmək təhlükəsindən xilas etdi: "Allah-Təala bir xalqı istəsə, o xalqa müdrik öndər, rəhbər göndərər və bu xalqı zülmətdən nura aparar. Bəli, Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyev həzrətlərinin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir. Bu yolda dövlət başçımızın yardımçısı möhtərəm Mehriban xanım Əliyevadır. Mən bunu Allah-Təalanın Azərbaycan xalqına lütfü kimi qiymətləndirirəm".

QMİ sədri qeyd edib ki, ulu öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi:

"Əminəm ki, inşallah, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu arzunu da gerçəyə çevirəcək. Bu günlərdə vəfatının 15-ci ildönümünü qeyd etdiyimiz Heydər Əliyev vaxtilə bədxahlar tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırılmasaydı, nə Şuşa, nə digər əzəli torpaqlarımız işğala məruz qalmazdı".

A.Paşazadə deyib ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca, müstəqilliyimiz və rifahımız da əbədi olacaq: "Bu gün biz Heydər Əliyevin xatirəsini böyük məhəbbət, ehtiram və minnətdarlıqla yad edir, ruhuna dualar edirik".

Xumar Rəsulova
Emtv.az

Paylaş

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR