SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Səfirlik ABŞ neft nəhənglərinin Azərbaycanı tərk etməsinə münasibət bildirdi

10-12-2018, 22:09 | Oxunub: 12 871 |

Səfirlik ABŞ neft nəhənglərinin Azərbaycanı tərk etməsinə münasibət bildirdi

“Azərbaycanla enerji sahəsindəki daimi əməkdaşlığımıza və uzunmüddətli ticarət əlaqələrimizə dəyər veririk”.

Emtv.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən Birləşmiş Ştatların “ExxonMobil” və “Chevron” şirkətlərinin Azərbaycanın ən böyük neft yataqları blokundakı səhmlərini satmaq niyyətində olması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyiblər.

“Cənub Qaz Dəhlizi Avropanın qaz tədarükünün diversifikasiyasına yardım etməkdə mühüm rol oynayır və ABŞ bu iddialı müəssisəni müdafiə etməyə davam edir. Azərbaycanın enerji ehtiyatlarının davam edən kommersiya inkişafını və onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki iştirakını tam dəstəkləyirik”, – səfirlikdən bildiriblər.

“ExxonMobil” və “Chevron” biznes və investisiya qərarlarını səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üçün mandatına uyğun olaraq qəbul edən ictimai şirkətlərdir. ABŞ-ın energetika şirkətləri 1990-cı illərin əvvəllərindən Azərbaycanda aktiv fəaliyyət göstərir və xarici bazarlara giriş və çıxışla bağlı kommersiya qərarlarını özləri qəbul edir. Səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üzrə eyni səlahiyyətdə olan ABŞ-ın bir çox xidmət təminatçıları Azərbaycanın enerji sektorunda fəaliyyətini davam etdirir”, – ABŞ səfirliyindən qeyd ediblər.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR