SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Biz də sifarişli işlərdə bunlardan istifadə edirdik” – MTN polkovniki

7-12-2018, 12:25 | Oxunub: 12 300 |

“Biz də sifarişli işlərdə bunlardan istifadə edirdik” – MTN polkovniki

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə keçirilib.

Emtv.az xəbər verir ki, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə Füzuli Əliyev ifadə verib.

O deyib ki, bu iş üzrə zərərçəkmiş kimi tanınan şəxslərin hamısı, həqiqətən də, cinayətkardırlar: “Acından ölən, hamıya borcu olanları sahibkar kimi təqdim eləyiblər. Onlar ya dövlət büdcəsini talamaqla məşğul olublar, ya da qaçaqmalçılıqla qızıl-brilyant, telefon gətiriblər. Aralarında dələduzluqla məşğul olan, ermənilərlə işbirliyində şübhəli bilinən bir neçə nəfər də vardı. Zərərçəkmiş kimi tanınanların əksəriyyəti məhkum olunub, bir hissəsi indi də həbsdədir. Bizdən sonra həbs olunanlar da var. Biz qanuni sahibkarlıqla məşğul olan heç kimin maraqlarına toxunmamışıq.

2014-cü ildə bizə tapşırıq verildi ki, ölkədə “obnaliçka”nın (büdcə vəsaitlərinin formal şirkətlər vasitəsilə nəğdləşdirilib ələ keçirilməsi) qarşısı alınsın. Bu prosesin arxasında da böyük qüvvələr dayanırdı. Bir tərəfdə qüdrətli dövlət təşkilatları, o biri tərəfdə qüdrətli sahibkarlar. Zəif həlqə ortadakı vasitəçi maklerlər idi.

Gəmi təmiri ilə məşğul olan “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənov “əməkdar zərərçəkmiş”dir. O, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözü ilə dövlətinə, xalqına xidmət eləmiş zabiti şərləmək… Nə bilim vallah. Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər”.

Digər zərərçəkən Rauf Həsənov ifadəsində deyib ki, bizə əməliyyat tapşırığı verilib və biz adamı tutub gətirib müstəntiqə təhvil vermişik. Zorla bu epizodu da bizim üstümüzə yükləyiblər. Allah göydən baxır axı”.

İttihama görə, R.Həsənovdan MTN-də 300 min manat alınıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

General Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb. General bu hökmdən apellyasiya şikayəti verməyib.

Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduqları üçün məhkəmə zalından azadlığa buraxılıblar.

Daha sonra qafqazinfo qeyd edir ki, Anar Şirəliyev və Eşqin Əliyev apellyasiya məhkəməsi gedişatında cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.

Seymur Rəhimov,
Emtv.az


Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR