SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə... - Tükləriniz BİZ-BİZ OLACAQ

6-12-2018, 18:53 | Oxunub: 13 721 |

15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə... - Tükləriniz BİZ-BİZ OLACAQ

İngiltərədə qızların zorla evləndirilməsi qanunla qadağan edilib. Lakin son 4 il ərzində qızını və ya yaxın qohumunu zorla evləndirdiyinə göeə 4 nəfər həbs edilib. Amma xarici və daxili işlər nazirlikləri mindən çox qurbana dəstək verib. Hökumət bu sayın azalması üçün qurbanlara haqq səslərini ucaltmağı tövsiyə edir.

Emtv.az xəbər verir ki, erkən nikahın qurbanı olan bir qadının hekayəsini təqdim edir:

Uelsin cənubunda doğulan 35 yaşlı Rubio Marieni 15 yaşında ailəsi məcbur evləndirib.

"Ailəm məni tətil adı ilə Banqladeşə apardı. Əvvəl 6 həftə qalacağımızı demişdilər, amma bu altı aya qədər uzandı. Atamdan nə vaxt evə qayıdacağımızı soruşdum. Bilet pulumuzun olmadığını dedi. Mən dostlarım, evim, məktəbim üçün darıxmışdım. Bilet pulunun olmamasının bəhanə olduğunu bilirdim. Sonradan başa düşdüm ki, əsas niyyəti məni evləndirmək imiş. Bir gün ailə yeməyində atam "Rubieni evləndirsək, pis olmaz" dedi. Çox pis oldum. Boşqabımı alıb yerə çırpdım, qapıları yumruqladım. Qışqıraraq otağıma getdim. Bu cümləni necə həzm edəcəyimi bilmirdim. Məni satışa çıxartdılar. Əmim təklifləri yığdı, çox qorxunc idi. Mənə kölə kimi baxırdılar. Tanımadığım ölkədə idim, heç bir yeri tanımırdım".

Marie 30 yaşlı bir adamla evləndirilib:

"Nişanda hamı gəlini görmək üçün sıraya düzülmüşdü. Mən ortada durmuşdum, onlar üçün əşya olduğumu düşünürdüm. Evə qayıtmaq istəyirdim və buna görə həmin gün nə lazımdırsa etməyə qərar verdim".

Marie evləndikdən sonra ərinin əsl niyyətini anladığını deyir:

"O, İngiltərəyə getmək istəyirdi. Buna görə də tez bir zamanda uşağımız olmalı idi. Hamilə qalmağım üçün hər gün, hər gecə mənə təcavüz edirdi. Nəhayət, hamilə qaldım. Uşaq dünyaya gələn kimi qaçdım. Evdən qaçmağımı ailəm namuslarına ləkə kimi qəbul etdi. Məni övladlıqdan rədd etdilər".

Bu gün Marie gəncləri erkən nikaha qarşı maarifləndirir.

Seymur Rəhimov,
Emtv.az

15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə... - Tükləriniz BİZ-BİZ OLACAQ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR