SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sabah Azərbaycan Parlamentinin 100 illik yubileyidir – Milli Məclis iclas çağırdı

6-12-2018, 17:05 | Oxunub: 3280 |

Sabah Azərbaycan Parlamentinin 100 illik yubileyidir – Milli Məclis iclas çağırdı

Dekabrın 7-də Azərbyacan Parlamentinin yarandığı gündür.

1918-ci il dekabrın 7-də gündüz saat 13:00-da tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

İlk iclasda Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilib.

Emtv.az xəbər verir ki, bununla əlaqədar olaraq Milli Məclisin növbəti plenar iclası dekabrın 7-də keçiriləcək.

Milli Məclisin dekabrın 7-də keçiriləck islasının gündəliyinə 21 məsələ daxili edilib.

Deputatlar “Normativ hüquq aktlar barədə” Konstitusiya qanununu, Cinayət-Prosessual, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, “Aviaysiya haqqında”, “Dövlət borcu haqqında”, “Çayçılıq haqqında” , “Avtomobil yolları haqqında” və digər qanunlara dəyişikləkləri müzakirə edəcklər.

Deputatalr “Psixoloji yardım haqqında”qanun layihəsini üçüncü oxunuşda müzakirə edib, qəbul edəcəklər.

Seymur Rəhimov,
Emtv.az

Sabah Azərbaycan Parlamentinin 100 illik yubileyidir – Milli Məclis iclas çağırdı

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR