SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ronaldu Madridə getməkdən imtina etdi, Messi isə...

5-12-2018, 19:36 | Oxunub: 4264 |

Ronaldu Madridə getməkdən imtina etdi, Messi isə...

"Yuventus"un futbolçusu Kriştiano Ronaldu İspaniya Futbol Federasiyasının dəvətini rədd edib.

Emtv.az xəbər verir ki, 33 yaşlı hücumçu Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək Libertadores Kubokunun final oyununu - "River Pleyt" - "Boka Xuniors" matçını izləmək təklifi alıb.

Lakin yayda "Real"dan "Yuventus"a keçən Ronaldu belə tez bir zamanda İspaniyaya dönməsinin yersiz olduğunu əsas gətirərək "yox" cavabı verib.

"Barselona"nın hücumçusu Lionel Messi isə oyunu canlı izləyəcək.

Xatırladaq ki, komandalar arasında noyabrın 11-də keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı. Noyabrın 24-də keçirilməli olan cavab görüşü isə azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb. Final qarşılaşması dekabrın 9-i keçiriləcək.qol.az

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR