SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Cabbara görə Könüllə saçyolduya çıxmışdın" - Elzadan Nazpəriyə şok sözlər

5-12-2018, 19:22 | Oxunub: 14 771 |

"Cabbara görə Könüllə saçyolduya çıxmışdın" - Elzadan Nazpəriyə şok sözlər

Əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasında qalmaqal səngimək bilmir.


Emtv.az xəbər verir ki, Seyidcahan Nazpərini ən pis tələbəsi adlandırıb:"Bəzilərinə görə Elzalığımdan çıxıb onların saxtakarlıqlarını demək məcburiyyətindəyəm. Hətta sənəti olmayan şəxsiyyətsiz sənəti olan şəxsiyyətə iftira atır. Bax bunu olduğu kimi açıqlayacam. Sūbutlarım arxivimdədir. Konservatoriyanın bəstəkarlıq fakültəsinin ikinci kursunda oxuyanda, ustad sənətkar Alim Qasımovla unudulmaz xalq şairimiz Nūsrət Kəsəmənlinin "İnsafsız gözəl" sözlərinə bəstələdiyim mahnımızın məşqlərinə başlamışdım. O ərəfədə Nūsrət Kəsəmənlinin sözlərinə bəstələdiyim "Qadasın aldığım" mahnımı da, fikirləşdim ki, palatka toylarından təzə səhnəyə gələn, Nazpəri Dostəliyeva oxusun. Onu unudulmaz bəstəkarımız Ramiz Mirişlinin "Yarımı-sevdamı gördūm, Allah" adlı mahnısından tanımışdım.

Nūsrət Kəsəmənliyə dedim ki, istəyirəm bu mahnını Nazpəri Dostəliyeva oxusun. Nūsrət mūəllim dedi ki, o kimdir? Tanımıram. Zeynəb Dostəliyeva eşitmişəm, çox yaxşı oxuyur, amma Nazpəri birinci dəfədir səndən eşidirəm. Dedim ki, yox, bu da pis oxumur. Onları tanış elədim, qovuşdular bir-birinə. Mahnı yeni tərzdə bəstələnmiş olsa da, hamı ona şedevr əsər kimi yanaşdı. İlk dəfə mahnı və xalq rəqsi janrını sintez etmişdim. Konservatoriyada musiqiçilər arasında gözəl mūzakirə olunmuşdu.

Saatlarla iki körpə balamı qoyub bunun evində məşqlər, studiyada işlər, çəkilişlərdə, mağazalarda, alış-verişlərdə qızıl kimi vaxtlarımı itirirdim. Mənə 1 manat belə vermirdi ki, bəlkə 92 nömrəli avtobusa minəndə pulun olmaz? Mən heç özūmə sığışdırıb pul da istəməmişəm. İndi də deyir ki, guya mən "Mən-mən" deyirəm. "Mən -mən" deyib "Sən-sən" deməyəcəyəm ki?"

Elza Nazpərinin "Əməkdar artist olanda qapıma qorxa-qorxa gəldi ki, mahnımı oxu" sözlərini yalan adlandırıb: "Ay saxtakar! Mən onda artıq dahi bəstəkarımız Arif Məlikovun bəstəkarlıq sinifində 3-cū kursda oxuyurdum. Dövlət televiziya kanalımızda üçhissəli, böyūk formada bəstələdiyim, fortepiano sonatamı ifa edirdim, tələbələrimlə gənc vaxtımda cıxış edirdim. Qondarma doktorantura mūdafiəcisi, professor mūəllim "naz-naz" mahnısının mahir qəhramanı xatırlasın ki, yalan ayaq tutar yeriməz.

İndi mənim vaxtımın olmayan halında sənə "Ələddinin sehirli cırağı" nağılını sakit-sakit şeir qoşub, mahnı bəstələyim deyirsən? Axı mən özūmə sənin kimi heç vaxt yaraşdırmamışam, paxıllıq, xudbəsəntlik, nahaq haqqa girmək, şər-böhtan atmaq, yalançılıq. Bir sözlə, murdar artistlik.

O vaxt Nazpəriyə zəng edəndə, o, artıq məni tanıyırdı. Getdim qapılarını döydüm. Bir kök qadın, əynində qırmızı paltar, boğazı sarıqlı, qapını açdı. Soruşdum ki, Nazpəri xanımı olar? Dedi ki, mənəm də. "Makiyajsız adam o adam deyil". Gəldim, oturdum mahnını ifa edib göstərən kimi az qala ürəyi getmişdi. Bəyəndi və qısa zamanda da oxudu.

İnsan sənətə gəlmir, doğulur. Toylar əldən gedir deyə, yenə Cabbar Musayev "xoroşo" deyib, hūcum cəkdin Könūl Kərimovanın ūstūnə ki, ver Cabbarı, qaytar mənə o illəri. Hayqırtısının şahidi oldum. Az qala Nazpəri saçyolduya keçirdi. Könūl bacıma da, ağcəbədili deyiblər. Ay verdi sənə "Caboşunu". Əcəb də, elədi.

Bəstəkar mahnı verəndə niyə qorxa-qorxa gəlməlidir ki? Başqasının ərinin pulu ilə özünə qır-qızılmı alır ki, qorxsun?

Saxta alimlik dərəcəsi almasından qorxur? Nədən, niyə qorxmalı idi ki Elza Seyidcahan?

Daha sonra shownew.az qeyd edir ki, Elza xanım, mən ona mahnı təqdim edəndə adı ancaq "palatka" toylarında hallanırdı. Tərif oxuyub şabaşlarla, xonçalarda parça və konfet qazanan vaxtın idi.

Heç vaxt Nazpəri ola bilməz Elza. Mən hec olmasa, nə də verə bilməsəm, bir mahnını pulsuz bəstələyib hədiyyə edəcəyəm... Sən isə nə savad, nə də bir kiloqram şor verən adam deyilsən".

Müğənni Nazpərinin "bazar adamı" sözlərinə də tənqidlə cavab verib: "Təhqirə qalsa, sənin iri-iri, görməmiş kimi, sallaya-sallaya gəzdirdiyin bahalı daş-qaşları elə sənə bazar adamları alıb. Dediyin kimi Moskvadakı bazarın pullarıdır hamısı. Çirkli, yalan danışanın payını elə verirəm ki, onu şoka salıb, qara qarğa kimi qaqqıldadıram".

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR