SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"İri neft şirkətləri Azərbaycanı tərk edirsə, deməli, neftimiz tükənir", - "ExxonMobil" və "Chevron" gedirsə, nə dəyişəcək?

5-12-2018, 19:02 | Oxunub: 17 697 |

"İri neft şirkətləri Azərbaycanı tərk edirsə, deməli, neftimiz tükənir", - "ExxonMobil" və "Chevron" gedirsə, nə dəyişəcək?

"İri neft şirkətləri Azərbaycanı tərk edirsə, deməli, neftimiz tükənir", "Exxon" və "Chevron" kimi nəhəng şirkətlərin Azərbaycanı tərk etməsi çox pis xəbərdir...


Sosial şəbəkələrdə "evdar analitik"lərin və "divan ekspert"lərinin belşə şərhləri az deyil.

Səbəb?


"Exxon Mobil" və "Chevron" korporasiyaları, sən demə, Azərbaycanı tərk edirlər. Bu da, yenə də həmin "ekspert"lərlə "analitik"lərin fikrincə, bu hadisələr Azərbaycan üçün az qala "sonun əvvəli"dir.

İsteriyaya qapılanların reallıqdan çox uzaq olmaqla yanaşı, iqtisadi proseslərin dünəni və bu günün, ələlxüsus da neft hasilatı, emalı və nəqli sektorundakı situasiyadan bixəbər olduqları aydındır.

Sosial şəbəkələrdə virtual dizədöymələr proseduruna başlamışların məramları, təbii ki, bəlli. Onlar "Gördünüzmü, biz deyirdik, yazırdıq" fikrini mantra kimi təkrarlayır, Azərbaycanda hər şeyin uğursuz, hər kəsin də binəsib olduğunu vurğulayırlar.

Bəhs etdiyim diletantlarla hansısa müzakirəyə ehtiyac yoxdur. Ən azı ona görə ki, belə kəslərlə diskussiyalar nəticəsiz və mənasızdır.

Gələk gündəmdəki məsələyə, yəni "Exxon Mobil" və "Chevron"un Azərbaycanı tərk etməsi ilə bağlı iddialara.

"İri neft şirkətləri Azərbaycanı tərk edirsə, deməli, neftimiz tükənir", - "ExxonMobil" və "Chevron" gedirsə, nə dəyişəcək?

Reuters-in yoxlanmamış, "çiy" iddiası


"ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır".

Bu barədə Reuters neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, "Exxon Mobil" şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi "Əsrin müqaviləsi"indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin "Exxon Mobil" şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: "Biz müxtəlif spekuluasiyaları və şayiələri şərh etmirik".

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.


"İri neft şirkətləri Azərbaycanı tərk edirsə, deməli, neftimiz tükənir", - "ExxonMobil" və "Chevron" gedirsə, nə dəyişəcək?

"Reuters" qeyd edir ki, "Exxon Mobil" şirkətinin "Əsrin müqaviləsi"ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. "Exxon" 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi. "Əsrin müqaviləsi"ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti - "Exxon", "Amoco", "Unocal", "Pennzoil" və "McDermott" iştirak edirdilər.

Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılılığını azaldacağına ümid edirdilər. Lakin agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı oldu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi.

Əgər "Exxon Mobil" Azəri-Çıraq-Günəşli yataqlarındakı payını satmağı reallaşdırsa, bu layihədə "Chevron" tək Amerika şirkəti olaraq qalacaq. Bu şirkət layihədə 9.57 faizlik paya malikdir. BP və SOCAR-ın payları isə 30.4 və 25 faizdir.

Bildirilir ki, son illər "Exxon Mobil" daha çox Birləşmiş Ştatlarda şist neft yataqlarına, habelə Qayanada bir sıra iri neft yataqlarının kəşfinə maraq göstərir.

Dünən axşam saatlarında isə bəlli olub ki, "Exxon Mobil" şirkəti ilə yanaşı ABŞ-ın daha bir neft nəhəngi - "Chevron" korporasiyası Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsinə dair layihədəki payını satmağa hazırlaşır.

Bu iddianı da "Reuters" yayıb.


Agentlik "Exxon Mobil" şirkətinin həmin layihədəki 6.8 faizlik payını 2 milyard dollara satmaq planları ilə bağlı konsorsiumdakı digər Amerika şirkəti "Chevron"dan şərh almağa çalışıb. Bu şirkətdən deyiblər ki, onlar özləri də konsorsiumdakı 9.6 faizlik paylarını satmağı planlaşdırırlar. Beləliklə, 25 ildən sonra Amerika neft-qaz şirkətləri Azərbaycanı tərk edir. "Əsrin müqaviləsi"ində cəmi 5 Amerika şirkəti yer alırdı və indiyədək onlardan 3-ü paylarını satıb getmişdi.

"İri neft şirkətləri Azərbaycanı tərk edirsə, deməli, neftimiz tükənir", - "ExxonMobil" və "Chevron" gedirsə, nə dəyişəcək?

Nə baş verir?


"Reuters"in yaydığı məlumatın yoxlanmadan, yəni zəruri "faktçekinq" olmadan ortaya çıxarıldığı məlum. İnformasiyanın niyə məhz indi, hansı məqsədlə yayılması, bu məlumatın kimlərin maraqlarını təmin etdiyi və kimlərə qarşı yönəlməsi ilə bağlı təhlil aparmaq da hələlik tezdir. Ortada, sadəcə, "informasiya atışı" olduğundan ciddi araşdırmaya zərurət duyulur.

Bilavasitə olaya gəldikdə isə, hər şey təqdim olunduğu kimi deyil.


Ötən il "Exxon Mobil Corporation" Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə qoşuldu. Baş ofisi ABŞ-ın Texas ştatındakı İrvinq şəhərində olan korporasiyanın baş icraçı direktoru Darren Vuds, beləcə, sələflərinin 10 il davam etmiş yanlış mövqeyinin zərərli olduğunu anladı, gözləmə müddətinin şirkətinin zərərinə olduğunu dərk etdi.

Bir qədər geriyə qayıdaq.


2003-cü ildə BTC layihəsi ilə bağlı işlər başlananda və "BTC Company" təsis olununda "ExxonMobil"in həmin dönəmdəki rəhbərliyi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil ediləcək neftin boru kəməri ilə Türkiyənin Ceyhan limanına daşınmasını rentabelli hesab etməmişdi. "ExxonMobil" həmin vaxtlar Bakı-Batumi marşrutlu dəmir yolu ilə daşımağı daha sərfəli saymışdı və BTC-yə qoşulmamış, pay almamışdı.

2007-ci ildə rentabellik, sürət və həcm baxımından Bakı-Batumi dəmiryol marşrutunun Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə uduzduğunu anlayan "ExxonMobil" səhvini dərk etdi. Həmin il "Exxon" Bakıda intensiv danışıqlara, kuluar müzakirələrinə, BTC-də pay sahibi olan şirkətlərin "dilətutma aksiyası"na başladı. Di gəl, "Azəri-Çıraq-Günəşli" (AÇQ) blokunda neft hasilatı və sonra da bu neftin BTC ilə nəqli layihələrində payları olan şirkətlərin heç biri "Exxon"un təkliflərini qəbul etmədi.

Çarəsiz qalan "ExxonMobil" AÇQ-də payına düşən nefti Bakı-Batumi marşrutu ilə dəmiryol sisternləri vasitəsilə daşımaq məcburiyyətində qaldı.

Danışıqlar, vədlər, səylər davam edirdi.


Sonucda ötən il "ExxonMobil" istəyinə çatdı və BTC layihəsində 2,5 faizlik payı satın almağa nail oldu. Yəni şirkət AÇQ-də hasil etdiyi neftdən payına düşən "qara qızıl"ı Bakı-Batumi dəmiryol marşrutu ilə yox, BTC boru kəməri ilə nəql edə bilərdi artıq.

Bütün bunları nəzərə alsaq, "ExxonMobil"in Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak payını saxlayaraq "Azəri-Çıraq-Günəşli" layihəsini tərk etməkdə məsqədi nədir?!

Axı eyni qərarı "Chevron"un da qəbul etdiyi vurğulanır.


"İri neft şirkətləri Azərbaycanı tərk edirsə, deməli, neftimiz tükənir", - "ExxonMobil" və "Chevron" gedirsə, nə dəyişəcək?

"ExxonMobil" və "Chevron" susur. Sadəcə, "rentabellilik səviyyəsinin aşağı olması", "Qayanadakı layihələrə və ABŞ-da şist qazı hasilatına" diqqətin artırılması ilə bağlı primitiv bəarətlər səslənir.

Halbuki BTC və AÇQ-də pay sahibi olan şirkətlər stabil gəlir əldə edir, dünya bazarında xam neftin ucuzlaşmasına rəğmən, mövqelərini daha da səbatlaşdırırlar.

"Azərbaycanda neft qurtarır" kimi iddialar da primitiv və absurddur. Nədən ki, "Azəri-Çıraq-Günəşli" yataqlar bloku ehtiyatları dəfələrlə təsdiqlənmiş, resursları hələ çox uzun zaman azalmayacaq layihədir.

"Gediş əməliyyatı"na gəldikdə isə, 5 il əvvəl, 2013-cü ildə "Şahdəniz-2" yatağı layihəsi reallaşdırılmağa başlayanda Fransanın "Total" və Norveçin "Statoil" korporasiyaları "Şahdəniz" yatağının istismar layihəsini tərk etmək, paylarını satmaq niyyətlərini açıqlamışdılar.

Elə o vaxt da sosial şəbəkələrdə "vəssəlam, hər şey bitdi" tipli "şaxsey-vaxsey" başlanmış, bəlli "analitik"lər və "ekspret"lər "matəm prosedur"larına start vermişdilər.

Əcəba, nə oldu?!


Faktiki olaraq, heç nə. Daha doğrusu, hər şey "vaveyla" deyənlərin "proqnoz"larının tam əksinə oldu. "Şahdəniz-2" yatağı ilə bağlı layihə başlandı, işlər əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun aparıldı, üstəlik digər layihələrin simbiozu reallaşdırıldı, investisiya prosesində ciddi irəliləyişlər əldə olundu.

"Statiol" ötən ilin fevralında, "Total" isə bu ilin martında bəyanatlar yayaraq Xəzərin Azərbaycan sektorundakı layihələrə qayıtmaq, iştiraklarını fərqli formada bərpa etmək niyyətlərini bəyan etdilər.

"ExxonMobil" və "Chevron"un da "Azəri-Çıraq-Günəşli" layihəsini tərk etməsi heç nəyi dəyişən deyil.

Layihə 2050-ci ilədək müəyyənləşdirilmiş intensivlik, miqyas və həcmdə çalışacaq.

Uduzan isə düşünülməmiş qərarlar qəbul edənlər olacaq.

Ən azı presedentlər var...

Elçin Alıoğlu

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR