SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Gürcüstanın yeni Prezidentinin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar dəvət olunacaq

5-12-2018, 18:42 | Oxunub: 4428 |

Gürcüstanın yeni Prezidentinin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar dəvət olunacaq

Gürcüstanın yeni Prezidentinin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar dəvət olunacaq.

Emtv.az xəbər verir ki, bu sözləri Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili söyləyib. Onun sözlərinə görə, andiçmə mərasiminə Gürcüstanın diplomatik münasibətləri olan bütün dövlətlərdən nümayəndələr dəvət olunacaq. Xarici qonaqlar üçün artıq dəvətnamələr göndərilib. “Biz diplomatik münasibətlərimiz olan bütün dövlətləri mərasimə dəvət edirik. Mərasimdə kimin iştirak edəcəyini isə onlar özləri qərar verəcəklər”, – deyə S.Zurabişvili vurğulayıb.

O, hazırkı Prezident Qeorgi Marqvelaşvilinin də andiçmə mərasimində iştirak edəcəyini deyib. Bildirilib ki, hazırda andiçmə mərasiminin yüksək səviyyədə təşkili istiqamətində iş gedir.

Qeyd edək ki, yeni Prezidentin andiçmə mərasimi dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində keçiriləcək.

Aysu Əliyeva,
Emtv.az


Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR