SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Lavrov Azərbaycana gəlir

5-12-2018, 18:39 | Oxunub: 4059 |

Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti həftə Azərbaycana səfərə gələcək.

Emtv.az xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat katibi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə Sergey Lavrov Azərbaycana dekabrın 14-də səfər edəcək.

Səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.

Səfər çərçivəsində Lavrovun Azərbaycan rəsmiləri, dövlət başçısı İlham Əliyevlə və həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.

Lavrovun, eyni zamanda, digər ölkələrin təmsilçiləri ilə də görüşü gözlənilir.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR