SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

5-12-2018, 18:34 | Oxunub: 5617 |

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.

Emtv.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsinin ziyarət olunması ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı – “Anıtqəbir” mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub.

Səfər davam edir.

Aynurə Kərimova,
Emtv.az

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR