SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qatı duman Bakı-Şamaxı yolunda hərəkəti iflic etdi

5-12-2018, 18:27 | Oxunub: 3034 |

Qatı duman Bakı-Şamaxı yolunda hərəkəti iflic etdi

Qatı duman Bakı-Şamaxı-Yevlax magistralında hərəkəti çətinləşdirib. Xüsusilə də gecə saatlarında duman səbəbindən bəzi sürücülər yolda qalıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, iki gündür şimal-qərb istiqamətində müşahidə olunan qatı duman axşam saatlarında daha da kəskinləşib.

Duman əsasən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustandan keçən hissəsində və Şamaxı-Muğanlı-İsmayıllı-Ağsu dolaylarında müşahidə olunub. Görüntünün məhdud olması hərəkəti çətinləşdirib.

Ramin Musayev – Sürücü: “Duman çoxdur, görmək olmur. Sürücülər əziyyət çəkir. Ağsudan gəlirəm, o tərəflər ümumiyyətlə bərbad haldadır”.

Zaur Mehdiyev – Sürücü: “Qatı duman hər tərəfi bürüyüb, sürmək çətindir. Sürücülərə tövsiyyəm olar ki, nişanlama xətlərinə əməl etsinlər. Ara məsafəsini saxlasınlar və diqqətli olsunlar”.

Sözügedən ərazidə görmə məsafəsi 1 metrə qədər qısaldığından bəzi sürücülər hətta avtomobillərini yolun kənarında saxlamaq məcburiyyətində qalıblar.

Elman Nuriyev – Sürücü: “Yolda qalmışıq, gedə bilmirik, gələ bilmirik. Havanın açılmasını gözləyirik”.

Kəskin hava şəraiti ilə əlaqədar dövlət yol polisinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər.

Bakı-Şamaxı, Muğanlı-İsmayıllı və Şamaxı-Ağsu marşrutu ilə hərəkət edən sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR