17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
İranda millət vəkillərindən kütləvi istefa: Ölkə prezidentinə qarşı sərt ittihamlar irəli sürüldü
İranda 18 millət vəkili İsfahandakı su təminatı layihələrinin gələn il üçün hazırlanan büdcə layihəsindən çıxarılmasına etiraz olaraq istefa verib.
Emtv.az xəbər verir ki, bu barədə İranın “Təsnim” xəbər agentliyi xəbər yayıb.
Agentliyə açıqlama verən Fəridunşəhrdən olan millət vəkili Əkbər Türki istefa verənlərin hamısının İsfahandan seçilən millət vəkilləri olduğunu söyləyib. Əkbər Türki deyib ki, millət vəkilləri bu gün istefa ərizlərini təqdim ediblər.
Bundan başqa ISNA-ya danışan İsfahan millət vəkili Nasir Musəvi Largani İran prezidenti Həsən Ruhaninin su probleminin həlli istiqamətində İsfahan əhalisinə verdiyi vədləri yerinə yetirmədiyini deyib.
İsfahandaki Zayəndə çayının qurumasının qarşısını almaq üçün həll variantının tapılmadığını deyən Largani bildiirb ki, əvvəlcədən planlaşdırılan və büdcədə nəzərdə tutulan layihələrin də layihədən çıxarıldığını söyləyib.
Qeyd edək ki, İranın tarixi və turizm şəhəri sayılan İsfahanda daha çox əkinçiliklə məşğul olan əhali yaşayır. Əyalətin şərq hissəsində quraqlıq və su qıtlığı ilə üzləşən əhalisi su çatışmazlığı problemi ilə üzləşib. Yaranmış problemlərlə bağlı kəndlilər dəfələrlə etiraz aksiyası keçirib.
İsfahanın simvollarından sayılan Zayəndə çayı təxminən 10 ildir qurumağa başlayıb. Çayın canlandırılması üçün işlər görən Tehran idarəçiliyi planlaşdırılan layihələrdə hələlik müsbət nəticə əldə edə bilməyib.
Bölgədəki quraqlıq əkinçiliyi yararsız hala gətirib. Bu problemlə qarşılaşan kənd əhalisi şəhər mərkəzinə köçməyə məcbur olub.
Aynurə Kərimova,
Emtv.az