SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Trampın açıqlaması şok effekti yaratdı: Ölkə birjaları çalxalandı

5-12-2018, 14:39 | Oxunub: 9 816 |

Trampın açıqlaması şok effekti yaratdı: Ölkə birjaları çalxalandı

ABŞ prezidenti Donald Trampın Çinlə ticarət razılaşması çərçivəsində gömrük vergilərinin davam edəcəyini bəyan etməsi, həmçinin ticarət müqaviləsinin reallaşması ilə bağlı açıqlamaları ölkə birjalarında zəlzələ effekti yaradıb.

Emtv.az xəbər verir ki, Trampın sosial media hesabından Çinlə bağlı verdiyi açıqlamalar, ticarət müharibə narahatlıqlarının yenidən yüksəlməsinə səbəb olub.

Vaşinqton və Pekin arasında ticarət danışıqlarının yenidən başladığını deyən Tramp bunları qeyd edib: “Çinlə müzakirələr yenidən başlandı. Əgər müzakirələr uzadılarsa, Çin dövlət başçısı Şi Cinping ilə Argentinada görüşdüyümüz mükəmməl və isti axşam yeməyindən 90 gün ərzində başa çatacaq. Robert Lighthizer, Stiven Mnuchin, Larri Kudlov, Vilbur Ross və Piter Navarro birgə işləyərək, Çin ilə gerçək bir ticarət müqaviləsinin mümkün olub-olmadığına baxacaq. Əgər mümkün olsa, müqaviləni tamamlayacağıq”.

Tramp onu da əlavə edib ki, Çinin bir an əvvəl kənd təsərrüfatı məhsullarının daha çoxunu satın almağa başlamalıdır: “Çin lideri Şi və mən bu müqavilənin həyata keçirilməsini istəyirik və bu yəqin ki, olacaq, ancaq bu olmazsa, mənim bir tarif adamı olduğumu xatırlayın. Ölkələr və ya insanlar millətimizin zənginliyini qarət etməyə gələndə, onlara bunun əvəzini ödətmək istəyirəm. Bu iqtisadi gücümüzü ən yüksək səviyyəyə çıxarmağımızın ən yaxşı yoludur. Hazırda tariflərdən milyardlarla dollar alırıq. ABŞ-ı yenidən zənginləşdirəcəyik”.

Trampın bu açıqlaması ABŞ bazarlarını alt-üst edib.

Trampın bu açıqlamaları, ABŞ-Çin atəşkəs rejiminin yaratdığı nikbinliklə həftənin əvvəlində yüksələn səhmlərində zəlzələ effekti yaradıb.

Yekunda Dou Cons İndeksi 3,10 faiz, Standard&poors 500 İndeksi 3,24%, Nasdaq Texnoloji İndeksi 3,8 faiz dəyər itirib.

ABŞ prezidenti Donald Tramp və Çin dövlət başçısı Şi Cinping, keçən həftənin sonu Buenos-Ayresdə keçirilən G-20 Liderlər sammiti çərçivəsində keçirdikləri görüşdə 90 günlük atəşkəs əldə etdiklərini deyiblər.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR