SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Kürəkəninə “kislota” atan qadının məhkəməsi başladı

5-12-2018, 12:49 | Oxunub: 3362 |

Kürəkəninə “kislota” atan qadının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın məhkəməsi başlayıb.

Emtv.az xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İstintaq zamanı K.Əsədova həbs edilməyib və hazırda azadlıqdadır.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 7-də davam etdiriləcək.

İttihama görə, K.Əsədova gecə saatlarında kürəkəni Tərlan Qarayevin kirayə qaldığı evə gələrək yatdığı yerdə onun üstünə "kislota" töküb.

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR