SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Milanda Qarabağ danışıqları: Nazirlər bu gün görüşəcəklər

5-12-2018, 12:15 | Oxunub: 2952 |

Milanda Qarabağ danışıqları: Nazirlər bu gün görüşəcəklər

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan bu gün Milanda görüşəcəklər.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, görüş sabah Milanda açılacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası çərçivəsində keçiriləcək.

Xatırladaq ki, dünən E.Məmmədyarov ATƏT XİNŞ iclasında iştirak etmək üçün İtaliyaya yola düşüb.

E.Məmmədyarov və Z.Mnatsakanyan arasındakı görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şefer – ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Sevinc Əlimova,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR