SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın iki idmançısı dünya reytinqinə başçılıq edir

4-12-2018, 21:09 | Oxunub: 2829 |

Azərbaycanın iki idmançısı dünya reytinqinə başçılıq edir

Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib, Ölkə.az məlumat yayıb.

Emtv.az xəbər verir ki, dünya və Avropa çempionatları, Qran-Pri turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir.

Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (-50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (-87 kq). Stadnikin 111, Abbasovun isə 89 xalı var.

Cəbrayıl Həsənov (-79 kq), Eldəniz Əzizli (-55 kq) və Rəsul Çunayev (-72 kq) II pillədə qərarlaşıb. Hər çəki üzrə ilk "onluq"da ümumilikdə 16, ilk "iyirmilik"də isə 29 güləşçimiz yer alıb.

Üçqat dünya çempionumuz Hacı Əliyev (-65 kq) VIII və Olimpiya çempionumuz Şərif Şərifov (-92 kq) IX sırada qərarlaşıb.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR