SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda silsilə cinayətlər törədən şəxs həbs olundu

4-12-2018, 11:04 | Oxunub: 10 524 |

Bakıda silsilə cinayətlər törədən şəxs həbs olundu
Bakıda silsilə cinayətlər törədib azadlıqda gəzən şəxs həbs edilib.

Emtv.az xəbər verir ki, noyabrın 28-də gecə saat 02 radələrində Səbail rayonu, N.Rəfibəyli küçəsində 1998-ci il təvəllüdlü Xəyal Məhərrəmzadə bədəninin 3 yerindən bıçaqlanıb.

Səbail RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü, Şamaxı rayon sakini Seymur Həmidov saxlanılıb. Onun Sulutəpə qəsəbəsində kirayə evdə yaşadığı məlum olub.

İstintaq zamanı müəyyən edilib ki, S.Həmidov bıçaqladığı X.Məhərrəmovla əvvəldən tanış olub. Hadisədən öncə Seymur Xəlildən dönər almaq üçün pul istəyib. Qarşı tərəf imtina etdiyi üçün onu bıçaqlayıb.

Məlum olub ki, bu əməl Seymurun dördüncü cinayətidir. Belə ki, bundan öncə Abşeron rayonunda quldurluq yolu ilə Elməddin Mikayılovu bıçaqla hədələyib “iPhone 6” markalı telefonunu əlindən alıb. Onunla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Növbəti hadisə Nəsimi rayonunda baş verib. S.Həmidov orada da ona pul verməyən bir nəfəri bıçaqlayıb və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.
Onunla bağlı Nərimanov polisində daha bir istintaq aparılır.

S.Həmidov rayon ərazisində bir nəfərin qarşısını kəsəkər pul tələb edib. Lakin rədd cavabı aldığı həmin şəxsi bıçaqlayıb. Bu işlə bağlı isə CM-nin 221.3-cü (xuliqanlıq; silahdan istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Hər üç rayon məhkəməsi S.Həmidovun 14 yaşı olmasına görə həbs etməkdən imtina edib və o, azadlığa buraxıldıqdan sonra növbəti cinayətini törədib.

Dördüncü cinayətindən sonra isə həbs olunub. Səbail RPİ-nin İstintaq şöbəsinin vəsatəti əsasında prokurorluğun verdiyi təqdimatla rayon məhkəməsi S.Həmidov barəsində həbs qətimkan tədbiri seçib və o, Bakı 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

S.Həmidov məhkəmədə deyib ki, 4-5 yaşından Bakı küçələrində yaşayır.

Sevinc Əlimova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR