SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Paşinyan Azərbaycan Ordusunun uğrulu əməliyyatını etiraf etdi

3-12-2018, 19:15 | Oxunub: 3362 |

Paşinyan Azərbaycan Ordusunun uğrulu əməliyyatını etiraf etdi

Ermənistanın baş naziri Nikol Paşinyan 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsini etiraf edib.

Emtv.az xəbər verir ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Ararat əyalətində keçirdiyi görüş zamanı deyib.

Bildirib ki, onun may ayında Ermənistanın baş naziri seçildikdən sonra Azərbaycan ordusu Naxçıvan ərazisi və ətrafında on bir min (11000) hektar ərazini azad edib.

Qeyd edək ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək, Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR