SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Putinlə vəliəhd razılaşdı - Neft 5 faizə qədər bahalaşdı

3-12-2018, 11:50 | Oxunub: 2624 |

Putinlə vəliəhd razılaşdı - Neft 5 faizə qədər bahalaşdı
Dünya birjalarında neft Rusiya və Səudiyyə Ərəbistanı arasındakı razılaşmadan sonra 5 faizə qədər bahalaşıb.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, İCE London birjasında Brent markalı neft 4,91 faiz bahalaşaraq barreli 62,4 dollara yüksəlib.

WTI markalı neftin yanvar fyuçersi isə 5,38 faiz bahalaşaraq barreli 53,66 dollara çatıb.

Qeyd edək ki, ötən şənbə Rusiya dövlət başçısı Vladimir Putin bəyan etmişdi ki, Rusiya və Səudiyyə Ərəbistanı OPEK+ sazişini uzatmaqla bağlı razılıq əldə ediblər, lakin dəqiq həcmlə bağlı məlumat yoxdur.

Seymur Rəhimli
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR