SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azadlıq meydanındakı dayanacaqdan oğurluq edən həbs olundu

3-12-2018, 11:40 | Oxunub: 12 471 |

Azadlıq meydanındakı dayanacaqdan oğurluq edən həbs olundu
Bakıda Azadlıq Meydanının altında yerləşən yeraltı dayanacaqdan bahalı velosipedlər oğurlayan şəxs saxlanılıb.

Emtv.az xəbər verir ki, oktyabrın 6-da saat 20 radələrində Neftçilər prospektində yerləşən yeraltı dayanacağa qanunsuz daxil olaraq orada saxlanmış Natiq Məmmədova məxsus 920 manat dəyəri olan “Format” markalı velosiped və Ceyhun Məmmədova məxsus 1700 manat dəyəri olan “Foks” markalı velosiped oğurlanıb.

Səbail RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinın 1986-cı il təvəllüdlü, Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılıb. Onun cinayəti Fərid adlı tanışı ilə birgə törətdiyi məlum olub. Həmin şəxs axtarışa verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq; bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq; təkrar törədildikdə) və 177.2.3-cü (oğurluq; saxlanc yerinə qanunsuz daxil olduqda) maddələri ilə cinayət işi açılıb. Cinayət işi Səbail RPİ-nin baş müstəntiqi, polis mayoru Hənifə Bayramzadənin icraatına verilib.

İstintaq zamanı məlum olub ki, E.Mirzəyev həm də oktyabrın 8-i saat 15 radələrində “Tarqovı”da yerləşən “012 Playstation” oyun klubundan Ramil İskəndərova məxsus 236 manat dəyərində notbuk oğurlayıb.

Baş müstəntiq H.Bayramzadənin vəsatəti əsasında prokurorluğun verdiyi təqdimat ilə E.Mirzəyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Aysu Aliyeva
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR