17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Onu bıçaqlayanı eyni bıçaqla vurdu, 1 il həbs aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində onu bıçaqlayan şəxsi bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Nicat Abdullayevə hökm oxunub.
Emtv.az xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2018-ci il mayın 29-da Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan N.Abdullayev qəsəbə ərazisində olarkən Orxan Rzayev onun maşınına əyləyib və sürməyi əmr edib. Bir qədər getdikdən sonra Nicat sərnişindən hara gedəcəyini soruşub. Bu zaman O.Rzayev səbəbsiz halda maşının ön hissəsinə yumruq vurmağa başlayıb. Nicat maşını saxlayıb, Orxan yerə düşərək cibindən bıçaq çıxarıb və sürücünün ayağından zərbə vurub. Daha sonra bıçağı yerə atıb. Yerdən bıçağı götürən N.Abdullayev sərnişini Orxanın qarın nahiyəsindən bir zərbə endirib. Daha sonra onu öz maşınına oturdaraq xəstəxanaya çatdırıb. Həkimlər O.Rzayevin həyatını xilas edə biliblər.
Məhkəmədə ifadə verən təqsirləndirilən N.Abdullayev və zərərçəkmiş O.Rzayev ittihamda yazılanları təsdiq ediblər. O.Rzayev Nicatla barışdığını və şikayəti olmadığını bildirib.
Hakim hökm çıxararkən bunları nəzərə alıb və N.Abdullayevin ittiham olunduğu maddənin aşağı sanksiya həddindən az cəza verib.
Sevinc Əlimova
Emtv.az
Paylaş.