SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Adam öldürdü, qardaşı cinayəti üzərinə götürdü

30-11-2018, 11:09 | Oxunub: 10 376 |

Adam öldürdü, qardaşı cinayəti üzərinə götürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində uşaqlıq dostunu öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Elman Ağasıyevə hökm oxunub.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək E.Ağasıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Eldəniz Dadaşovun həyat yoldaşı Gülçinar Mütəllimova cəzanın az olduğunu deyib: "O mənim iki balamı yetim qoydu. Ən ağır cəzanın verilməsini istəyirəm. Ömürlük, ən azı 18 il cəza verilsin".

E.Ağasıyev son sözündə peşman olmadığını deyib.

Məhkəmə kollegiyasının hökmü ilə E. Ağasıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2018-ci il iyunun 11-də Quba rayonunun Zərdabi kəndində baş verib

Belə ki, bir müddət əvvəl E. Ağasıyevin həyətindən plastik boru oğurlanıb. Bu məsələyə görə onun Eldənizlə mübahisəsi düşüb. Hadisə günü Eldəniz küçə ilə gedərkən Elmanın evinin qarşısında olanda üstünə it cumub və o, iti söyüb. Bu zaman həyətdə olan Elman söyüşü eşidib və Eldənizin onu boru məsələsinə görə söydüyünü zənn edib.

Evdən bıçaq götürərək çölə çıxıb və mübahisə edərək onu bıçaqlayıb. E. Dadaşov xəstəxanaya yerləşdirilib və 3 gün sonra vəfat edib. Öncə Elmanın əvvəllər həbsdə olan qardaşı cinayəti üzərinə götürüb, istintaq zamanı isə qətlin kimin tərəfindən törədildiyi aşkar olunub. Bundan sonra E. Ağasıyev saxlanılaraq həbs olunub.

Aysu Aliyeva
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR