SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda görkəmli rəssam İbrahim Səfiyevin əsərlərindən ibarət sərgi açılıb

30-11-2018, 10:51 | Oxunub: 17 392 |

Naxçıvanda görkəmli rəssam İbrahim Səfiyevin əsərlərindən ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam İbrahim Səfiyevin əsərlərindən ibarət sərgi açılıb.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva tədbirdə çıxış edərək rəssamın irsinin öyrənilməsinə göstərilən dövlət qayğısından danışıb.

O deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı Türk dünyasının tanınmış rəssamının həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına və öyrənilməsinə xidmət etməklə bərabər, həm də görkəmli sənətkarın irsinə göstərilən diqqətin və muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, bu gün görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyi münasibətilə onun əsərlərindən ibarət sərgi keçirilir.

Əslən naxçıvanlı olan rəssam türk rəssamlıq sənəti tarixində özünəməxsus üslubu ilə tanınıb və Türkiyə rəssamlığına yeni nəfəs gətirib. Dünya incəsənətinin mütərəqqi ənənələrinin davamçısı olan rəssam boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr, portretlər yaradıb.

Onun rəsm əsərlərində hiss və duyğular, biçim və forma, rəng fırçanın gücü ilə böyük ustalıqla təsvir olunub. Görkəmli rəssam sənətə bağlı ömrünü saysız-hesabsız qiymətli əsərləri ilə zənginləşdirib.

Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə görkəmli rəssam İbrahim Səfiyevin irsinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublika rəssamları və ziyalıları adından minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında vurğulayıb ki, muxtar respublikada bütün sahələrlə yanaşı, tariximizin qaranlıq səhifələrinə də işıq salınır, tarixi şəxsiyyətlərimiz xalqımıza və geniş ictimaiyyətə təqdim edilir, tanıdılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iki sərəncamı – görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi və görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqındakı tarixi qərarları muxtar respublika ziyalılarının və geniş ictimaiyyətin dərin marağına və minnətdarlığına səbəb olub.

Qeyd edilib ki, İbrahim Səfiyev kiçik yaşlarından rəsmə həvəs göstərib, 12 yaşında ikən “Araz balıqçıları” adlı ilk rəsmini çəkib. Daha sonra məlum səbəblərə görə yaşadığı sıxıntılara baxmayaraq, bütün həyatını tamamilə sənətə həsr edib. O, yaradıcılığında realizmə üstünlük verib, dünya incəsənətinə xas ənənələri öz əsərlərində nümayiş etdirib. Dünyanın bir çox ölkələrində sənətkarın fərdi sərgiləri təşkil olunub. Rəssamın qalın rəng mozaikasından istifadə etdiyi portretlərində və digər əsərlərində yenilik və qeyri-adilik özünü aydın büruzə verir.

Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, ekspozisiyada rəssamın 53 rəsm əsəri sərgilənib

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR