SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Mən 9 yaşlı qıza aşiq olmuşamsa, bəs sən niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?" - Müəllim direktora cavab verdi

29-11-2018, 16:19 | Oxunub: 13 675 |

"Mən 9 yaşlı qıza aşiq olmuşamsa, bəs sən niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?" - Müəllim direktora cavab verdi
"Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?"

Emtv.az xəbər verir ki, bu sözləri yerli mənbələrə açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib.

O direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi "9 yaşlı qıza aşiq olub" iddiasına münasibət bildirib: "Bunlar hamısı şərdir, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, "youtube"də də, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi 9 yaşlı qızını "pedofil" dediyi adamın yanına gətirər?"

Rövşən Əzizov Tural Mirzəliyevi yalan danışmaqda ittiham edib: "Nəyə görə bu adam bu günə qədər danışmırdı? Əgər əlində fakt var idisə, onda niyə susurdun. Mənim dünənki video müraciətimdən sonra danışmaq qərarına gəlib, ancaq danışdıqları yalandır, şərdir. Üzünə zərbə dəyən adam necə oldu ki, belə tez ayağa qalxdı, sağaldı? Bu suallara cavab tapmaq lazımdır.

Xatırladaq ki, Tural Mirzəliyev bu gün "Yeni Müsavat"ın canlı yayımında Rövşən Əzizovun bir müddət öncə sosial şəbəkədə yazdığı iddia olunan fikirləri səsləndirib və deyib: "Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdim və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq.

Sevinc Əlimova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR