SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan jurnalistikasına və incəsənətinə AĞIR İTKİ

29-11-2018, 16:06 | Oxunub: 12 642 |

Azərbaycan jurnalistikasına və incəsənətinə AĞIR İTKİ
Azərbaycan Mətbuat Şurası nekroloq yayıb.

Emtv.az xəbər verir ki,Şuradan verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına və incəsənətinə ağır itki üz verib. "Xalq qəzeti"nin əməkdaşı, Əməkdar mədəniyyət işçisi, "Qızıl qələm" mükafatı laureatı Rafiq Məmməd oğlu Salmanov 2018-ci il noyabrın 28-də ömrünün 69-cu ilində dünyasını dəyişib.

Rafiq Salmanov 1949-cu ildə Bakıda anadan olub. Orta məktəb illərindən bədii yaradıcılığa maraq göstərib. İncəsənət sahəsində ixtisas təhsili aldıqdan sonra bir müddət paytaxtın mədəni-maarif ocaqlarında çalışıb.

Bədii fotoqrafiya sahəsində ərsəyə gətirdiyi seçilən nümunələr, mədəniyyət mövzusunda ilk qələm təcrübələri və qəzet-jurnal redaksiyaları ilə sıx əlaqələri çox keçmədən Rafiq Salmanovu jurnalistikaya gətirib. Bu sahədə çoxillik fəaliyyətə "Azərbaycan pioneri" uşaq qəzetində başlamış fotojurnalist sonrakı illərdə fəaliyyətini "Azərbaycan qadını" jurnalında və "Vışka" qəzetində davam etdirib. Fotojurnalistika sahəsində uğurları və musiqi incəsənəti ilə bağlı silsilə yazıları ilə diqqəti cəlb etmiş R.Salmanov müstəqilliyin ilk dövründən "Xalq qəzeti"nin redaksiyasına dəvət alıb, ömrünün sonunadək burada çalışıb.

Milli müsiqimizin klassik ifaçılıq məktəbləri, tanınmış simaları, uğur və inkişaf meylləri barədə çoxsaylı yazıları, ölkənin son 40 illik həyatının müxtəlif sahələrinin görüntülü salnaməsinə çevrilmiş fotoreportyorluq fəaliyyəti Rafiq Salmanova geniş auditoriyada populyarlıq və professionallıq nüfuzu qazandırıb. Onun incəsənətlə bağlı yazılardan ibarət 4 kitabı Azərbaycanda jurnalist tədqiqatının ən yaxşı örnəkləri sırasında yer alıb, çoxsaylı foto nümunələri isə ölkəmizdə və xaricdə sərgilənib. Təcrübəli jurnalist və səriştəli müsiqiçi kimi Rafiq müəllim Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi muğam müsabiqələrinin və digər incəsənət layihələrinin fəal təbliğçilərindən olub.

Jurnalistika və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərə görə Rafiq Salmanova Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adı verilib, yaradıcılıq uğurları müxtəlif mükafatlara layiq görülüb.

Tanınmış jurnalist və müsiqiçi, fəal vətəndaş, gözəl insan Rafiq Salmanovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Bu fikri bu gün mərhum jurnalisti yaşadığı Əli bəy Hüseynzadə küçəsindəki evin həyətindən son mənzilə yola salmış sənət dostları çox dərin üzüntü ilə dilə gətiriblər. Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin və "Xalq qəzeti" redaksiyası təmsilçilərinin vida mərasimindəki çıxışlarında R.Salmanovun jurnalistika və musiqi incəsənəti qarşısındakı xidmətləri yada salınıb, ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!"

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR