SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rüşvətə görə həbs edilən polkovnikin məhkəməsində vəzifəli şəxslər dindirilib - əməliyyatın təfərrüatı

28-11-2018, 18:53 | Oxunub: 7 797 |

Rüşvətə görə həbs edilən polkovnikin məhkəməsində vəzifəli şəxslər dindirilib - əməliyyatın təfərrüatı

Dövlət Gömrük Komitəsinin sabiq polkovniki növbəti dəfə hakim qarşısına çıxarılıb.

Emtv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilərək həbs edilən Natiq İmanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Natiq İmanov Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı olub. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər dindirilib. İlk şahid Dövlət Gömrük Komitəsinin narkotiklər şöbəsinin rəisi Mahir Cəfərov dindirilib. Mahir Cəfərov söyləyib ki, Natiq İmanov saxlanılan zaman komitədə olub.

"Komitədə idim. Əməliyyat İdarəsinin rəis müavini Rafael Əhmədov xahiş etdi ki, bir işlə bağlı kömək lazımdır. Məndən şahid kimi iştirak etməyimi xahiş etdi. Mən də razılaşdım. Baxış keçirilən zaman Natiq İmanovun üzərində pul var idi. Səhv etmirəmsə 2500 manat idi. O, bunu təsdiqlədi. Sonra olanlardan xəbərim yoxdur" - deyən rəis təqsirləndirilən şəxslə tanışlığının olmadığını, bir neçə dəfə işdə olan zaman koridorda salamlaşdıqlarını söyləyib.

Hakim bildirib ki, şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət var. Belə ki, Mahir Cəfərov məhkəmədə bu əməliyyatdan xəbərsiz olduğunu deyib. Amma istintaqdakı ifadəsində əməliyyat barədə əvvəldən xəbərdar olduğunu, rəhbərlikdən məlumat aldığını söyləyib. Mahir Cəfərov bunu dəqiq xatırlamadığını deyib. Amma sonradan istintaqa verdiyi ifadəsini təsdiqləndiyini söyləyib.

Daha sonra məhkəmədə şahid qismində Altun Əlirzayev dindirilib. O, Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu söyləyib. Bildirib ki, Komitənin Əməliyyat İdarəsinin rəis müavini Rafael Əhmədovla birlikdə Natiq İmanova yaxınlaşıb. Bu göstərişi isə rəhbərlikdən alıb.

"Biz Natiq İmanova yaxınlaşdıq. Ondan soruşuldu ki, Mənsur Zeynalovdan pul alıbmı. O, aldığını təsdiqlədi. Sonra da pul aşkar edildi. Bundan sonrasını bilmirəm. Natiq İmanov pulu nə məqsədlə aldığını təsdiqlədi" - deyə şahid bildirib.

Məhkəmə iclası dekabrın 12-də davam etdiriləcək.

Elan olunmuş ittihamla Natiq İmanov özünü təqsirli bilməyib. N.İmanov qurumun maliyyə şöbəsinin rəisi vəzifəsində çalışarkən, hər hansı sənədi imzalamaq, möhür vurmaq səlahiyyətinin olmadığını söyləyib.

O, bildirib ki, iş yoldaşı, rüşvət aldığı iddia edilən Mənsur Zeynalovun dedikləri əsassızdır: "Mənsur Zeynalovu avqust ayından tanıyıram, iş yoldaşı olmuşuq. Mənsur mənə zəng edib, görüşmək istədiyini dedi. Görüşdə toy edəcəyini, maddi vəziyyətinin yaxşı olmadığını dedi. O, tez bir zamanda birdəfəlik müavinəti almaq istəyirdi. Mən də bildirdim ki, hazırda komitənin balansında pul yoxdur, pul köçürülən kimi onun birdəfəlik müavinəti olan beş min manat məbləğində pulu verilə bilər. O isə israr etdi ki, pulu tez almağı üçün ona kömək edim. Mən etiraz etdim, əlimdə belə bir səlahiyyət olmadığını dedim və ayrıldıq. Bir ay sonra yenə zəng elədi. Mənimlə görüşmək istədiyini dedi və mən razılaşdım. Biz iş yerinin qabağında onun avtomobilində görüşdük, o, yenə də israrla bu məsələdə ona kömək etməyimi istədi. Bildirdi ki, alacağı müavinətin yarısı qədər, yəni, 2500 manat pul hazırlayıb və bu işi həll etmək istəyir".

Polkovnik deyib ki, həmin gün də Mənsur Zeynalova bu işi görə bilməyəcəyini deyib: "Dedim ki, belə bir imkan və səlahiyyətim yoxdur. Sonra Mənsur Qəbələyə yas yerinə gedəcəyini dedi. Buna görə də pulla yola çıxmaq istəmədiyini bildirib, həmin məbləği qayıdanadək saxlamağımı xahiş etdi. Bir iş yoldaşı kimi mən də onun xahişini yerinə yetirdim. Pulu alıb maşından düşüb, komitənin binasına daxil olmaq istəyəndə məni əməliyyatçılar saxladı. Rüşvət aldığımı iddia etdilər və üzərimdəki pulları götürdülər. Yenə də deyirəm ki, mən pulu rüşvət kimi qəbul etməmişəm".

Xatırladaq ki, bu işlə bağlı DKG məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb. DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

İlkin Muradov

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR