SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əli Əhmədov: “Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var”

28-11-2018, 16:31 | Oxunub: 12 839 |

Əli Əhmədov: “Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var”

Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var.

Emtv.a yerli KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov Azərbaycan müəllimlərinin XV qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsindəki neqativ hallardır: “Təəssüflə bildirirəm ki, bu sahədə neqativ halları tam aradan qaldıra bilməmişik. Hələ də təhsil sahəsində neqativ hallar var. Azərbaycan cəmiyyəti bunu görür. Təhsil Nazirliyinin apardığı islahatlar bu neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Təhsil sahəsi üzrə qarşıda dayanan vəzifələr çoxdur. Bu sahədə daha ciddi addımların atılmasına ehtiyac var”.

Ə.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımdır: “Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq”.

Baş nazirin müavini hesab edir ki, Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir: “Zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur. İnsanı valideynləri ilə yanaşı həyata hazırlayan ikinci şəxs müəllimdir.

Müəllimlər həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında xüsusi rol oynayırlar. Azərbaycan müəllimləri bu vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Azərbaycanda təhsilin inkişafı əsas prioritetlərdəndir, bu sahədə inkişafa nail olmaq üçün əzəmətli işlər görülüb. Dövlətin təhsilə göstərdiyi diqqət yalnız statistik göstəricilərdə öz əksini tapmır. Bu gün müəllimlərin həyat səviyyəsinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir”.

Ə.Əhmədov bildirib ki, dövlətin siyasəti və Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymət verilməsi başlıca xətt təşkil edir. Təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb: “Təhsilin milli sərvəti çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabətqabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabətdə təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıran dövlətlər qalib çıxacaq. Təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabətqabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir. Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşımızda duran digər vəzifələrdəndir”.

O vurğulayıb ki, yüksək təhsilə, biliklərə malik insanlar lazımi təhsil səviyyəsi olmayan işçilərdən 3 dəfə çox əməkhaqqı alırlar: “Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir”.

Baş nazirin müavini deyib ki, məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir. Məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir: “Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsi vacibdir. Bu, bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci tərəfdən də təhsilə qoyulan vəsaitin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır. Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik”.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR