SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Belaruslu gənclər: Naxçıvan turizmin inkişafı üçün cazibədar məkandır

28-11-2018, 12:07 | Oxunub: 12 979 |

Belaruslu gənclər: Naxçıvan turizmin inkişafı üçün cazibədar məkandır
Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından gələn bir qrup gənc Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olublar.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən qonaqlar təəssüratlarını bölüşüblər.

Baranovski Dövlət Universiteti, “Belarus üçün 100 ideya” müsabiqəsinin finalçısı Nadejda Şebet: Əvvəlcə tədbirin təşkilatçılarına minnətdarlığımızı bildiririk. Keçirilən bu tədbir bir çox xüsusiyyətlərinə görə fərqlənir. Qeyd edim ki, bu, mənim Azərbaycana, Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Səfər çərçivəsində biz muzeylərdə olduq. Xüsusilə Duzdağ Fizioterapiya Mərkəzi diqqətimi daha çox cəlb etdi. Belə bir yerin mövcudluğu həm də Naxçıvanın turizm imkanlarının nə qədər geniş olmasından xəbər verir. İlk dəfə qədim diyarınızda keçirilən Belarus günlərində naxçıvanlı gənclərə öz mədəniyyətimiz haqqında ətraflı məlumat verməyə çalışdıq. Onların əl işlərimizə maraq göstərməsi isə bizi sevindirdi. Nə vaxtsa yenidən Naxçıvana qayıdacağıma inanıram.

Belarusun Ekologiya və Ölkəşünaslıq Mərkəzinin Vətənpərvərlik şöbəsinin müdiri Kristina Borbut: Tədbirin Naxçıvanda keçirilməsi çox gözəl oldu. Düşünürəm ki, bu, Azərbaycanla, xüsusilə Naxçıvanla Belarus arasında olan əlaqələri, münasibətləri genişləndirəcək, yeni layihələrin gerçəkləşdirilməsinə təkan verəcək. Çalışdığım işlə birbaşa bağlı olduğu üçün gənclərə vətənpərvərlik ruhunu aşılamaq, onlarla digər xalqların nümayəndələri arasında gözəl münasibətlər qurmaq əsas məqsədimdir. Naxçıvanda gənclərlə xeyli söhbətlərimiz oldu. Xüsusilə gənclər üçün yaradılan hərtərəfli şərait diqqətimi cəlb etdi.

Naxçıvan çox gözəl şəhərdir. İstər təmizliyi, istər yeni binaları, istərsə də sakitliyi ilə digər şəhərlərə nümunədir. Bu şəhərdəki Heydər Əliyev Muzeyində görkəmli dövlət xadiminin fotoları və xalça üzərində işlənmiş rəsmi insanı heyran edir.

Belarus Təhsil Nazirliyinin baş məsləhətçisi Tatyana Rubanik: “Azərbaycanda Belarus gəncləri günləri”nin keçirilməsi əlamətdar hadisədir. Bu, iki dövlət arasında münasibətlərin nə qədər inkişaf etdiyini göstərir. İstər təhsil, istər mədəniyyət, istərsə də idman sahəsində belə tədbirlərin təşkil olunması həm də gənclərimiz arasında münasibətlərin qurulmasına şərait yaradır. Gənclər bir yerə toplaşaraq fikir mübadiləsi aparır, öz sahələri üzrə məsələləri müzakirə edirlər. Naxçıvanda da belə oldu.

Naxçıvan Muxtar Respublikası haqqında ətraflı məlumatım olduğuna görə bura gəlməmişdən öncə gənclərimizə qədim diyar haqqında bəhs etmişdim. Amma gəlib gördüklərim məni daha çox təəccübləndirdi. Vurğulamaq istərdim ki, “Təmiz şəhər” statusu verilərsə, ilk olaraq bu ada Naxçıvan layiq görülməlidir. Gənclərin bizə qarşı isti münasibəti, onların keçirilən tədbirlərdə fəallıq göstərmələri və sərgidə Belarus mədəniyyətinə olan maraqları bizi çox sevindirdi. Şəhər mərkəzindəki Heydər Əliyev Muzeyinə, həmçinin Duzdağ Fizioterapiya Mərkəzinə gəzinti təşkil olundu.

Deyə bilərəm ki, Duzdağa müalicəyə gələnlər üçün hər cür şərait yaradılıb. Belə yerlər Naxçıvanın iqtisadiyyatı və turizmi üçün geniş imkanlar açır. Naxçıvan hər zaman mənim yaddaşımda təmiz diyar və gözəl məkan kimi qalacaq.

Seymur Rəhimli
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR