SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

9-cu mikrorayonda terror və diversiya təhlüksəsi - FOTOLAR

27-11-2018, 21:48 | Oxunub: 31 819 |

Bu təhlükənin mənbəyi şəhid ailəsi adı altında
pərdələnən Rizvan Hüseynov adlı şəxsin 1000 Kvt-lıq elektrik xətlərinin altında
açaraq işlətdiyi avtoyuma məntəqəsidir

9-cu mikrorayonda terror və diversiya təhlüksəsi - FOTOLAR

Bu günlərdə redaksiyamıza paytaxtın Binəqədi rayonu, 9-ci mikrayon ərazisində, Mir Cəlal küçəsində yeləşən 1d və 2d nömrəli binaların sakinləri tərəfindən ünvanlanmış şikayət məktubu daxil oldu. Açığı ilk öncə məktubda yazılanlara bir qədər şübhə ilə yanaşdıq. Səbəb də bu idi ki, məktubda barəsində açıqlama verilən qanunsuzluqlar, sakinlərinin hüquqlarının pozulması, ətrafda yaşayan əhalinin həyat və sağlamlıqlarına ciddi təhlükə yaradılması kimi hallar o dərəcədə qabardılmışdı ki, bütün bunların Bakıda, həm də aidiyyatı olan bir çox dövlət qurumlarının gözü önündə baş verə biləcəyinə inanmaq istəmədik. Amma çəkiliş qrupumuz sözügedən əraziyə gəldikdən, necə deyərlər vəziyyətlə yerində tanış olduqdan sonra məsələyə münasibətimiz tamamilə dəyişdi. Sən demə, məktubda yazılanlar da hələ baş verən qanunsuzluğun, yaranmış təhlükənin ciddiliyini tam şəkildə əks etdirmir...

Yaş asfalt və yüksək gərginlikli elektrik cərəyanı

Ola bilsin ki, ümumi qəbul olunmuş yazı qaydalarına əsasən hər hansı obyektin ətrafdakılara törətdiyi narahatlıqdan və ya təhlükədən danışmazdan öncə, bu obyektin yerləşməsi, onun müvafiq sənədlərinin mövcudluğu, sahibin və işlədən şəxsin kimliyi barədə məlumat vermək daha məqsədəuyğun hesab olunur. Amma biz bu yazıda həmin qaydanı pozmaq qərarına gəldik.

Bəlkə kiminsə məqaləni sona kimi oxumağa imkanı və ya hövsələsi olmadı.

Ən azından göstərilən ünvanda əsil yüksək risk zonasının, həm də real həyati təhlükə yaradan zonanın mövcud olduğunu hər kəs, xüsusilə də hər hansı bədbəxt hadisə baş verdikdən sonra əraziyə birinci gəlməli olacaq qurumların rəhbərləri mütləq bilməlidirlər.

Məsələ bundadır ki, ərazidə artıq uzun müddətdir ki, işləyən və Rizvan adlı şəxsə məxsus olan avtoyuma məntəqəsi bilavasitə yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Həm də bu xətlərin uzanma istiqaməti elədir ki, avtoyuma məntəqəsinin bilavasitə qarşısından keçən, həm piyadalar, həm də avtomobillər üçün nəzərdə tutulan asfalt yol da tərəfə 12-15 metr məsafədə bu xətlərin altında qalır. Məntəqənin fəaliyyəti nəticəsində yolun məhz bu hissəsi ilə daima su axır. Piyadalar da, avtomobillər də bu suyun üzərindən keçməli olurlar.

Bildiyimiz qədər isə Bakıda hələ ki, heç kim güclü küləkləri ləğv etməyib. Bəs birdən belə küləklərin təsiri ilə həmin yüksək gərginlikli xəttlərdən biri qırılıb, üzərindən su axan asfaltın üstünə düşsə, baş verə biləcək faciəyə görə kim məsuliyyət daşıyacaq? Nəzərə almaq lazmdır ki, yolun bu hissəsi olduqca gediş-gəlişlidir. Əlbəttə, kimsə əks-arqument kimi deyə bilər ki, yüksək gərginlikli xətlər qırılan zaman xüsusi avtomat-açarlar qapanır və xətlərə cərəyan veriliş dərhal dayandırılır. Amma razılaşaq ki, bu yalnız nəzəriyyədir. Təcrübədə isə, istənilən avtomat qurğu hər an funksionallığını itirə bilər.

Bundan başqa da avtoyuma məntəqəsinin özünə, eləcə də Rizvana məxsus olan və eyni binada yerləşən digər obyektlərə çəkilmiş elektrik xətləri də olduqca bərbad vəziyyətdədir.

Belə ki, onların da istənilən an güclü küləkdən qırılmayacağı və eyni hadisələrə yol açmayacağı şəxsən bizdə böyük şübhə doğurur. Bəs görəsən FHN-in və “Azərişıq” ASC-nin Binəqədi rayon şöbələrinin rəhbərləri bu barədə nə düşünürlər?

Yanacaqdoldurma stansiyası və açıq manqal

Rizvan Hüseynov adlı şəxsin obyektlərindən yaranan daha bir təhlükə də bu obyektlərin bilavasitə ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma stansiyasının yaxınlığında fəaliyyət göstərmələri ilə bağlıdır.

Əslində baxdığımız halda “yaxınlığında” kəlməsi bu obyektlərin yanacaqdoldurma stansiyasına nə dərəcədə yaxın olduğunu da tam əks etdirmir. Demək olar ki, bu obyektləri stansiyanın ərazisindən 2-2,5 metr hündürlüyündə plastik bir panel divar ayırır. Yəni, kafedə istifadə olunan manqaldan kiçik bir közün hava ilə uçaraq stansiyanın ərazisinə daxil ola bilmə ehtimalı da kifayət qədər böyükdür. Yaxşı alışdırılan manqallarda belə yanar közlərin az qala atəşfəşanlıq kimi havaya qalxdıqlarını isə, hər birimiz dəfələrlə müşahidə etmişik. Yanacaqdoldurma stansiyalarında hətta siqarət çəkməyə belə icazə verilmədiyini nəzərə alsaq, belə atəşfəşanlığın necə böyük təhlükə riski yartdığını anlamaq çətin olmaz. Yox, əgər həqiqətən də bu təhlükəni anlamayanlar varsa, bu zaman onlara yenə də FHN-in səlahiyyətli müfəttişlərinə müraciət etməyi məsləhət görə bilərik.

Təndirin üstündə yerləşən klinika, sakinləri isladan sabunlu su, xanımların toplaşdığı kafe

Bəli, bu son sadaladıqlarımız əlbəttə ki, heç kimə böyük hesabla həyati təhlükə yaratmır. Amma sakinlərin mənəviyyatına bütün bunlar, xüsusən də kafedə toplaşan kontingent kifayət qədər böyük ziyan vururlar. Əlbəttə, hər iki binada yaşayan böyüklü-kiçikli, qızlı-gəlinli sakinlərin gözləri önündə hər hansı rüsvayçılığın nümayişi qətiyyən yolverilməzdir. Həmçinin piyadaların mütəmadi olaraq ərazidən keçdikləri zaman avtoyuma məntəqəsinin aqreqatlarından püskürən sabunlu su ilə islanmaları, obyektin ikinci mərtəbəsində yerləşdirilmiş hansısa tibb müəssisəsinin tamamilə yolverilməz, antisanitar şəraitdə fəaliyyət göstərməsi də ayrıca müzakirə və müvafiq qurumlar üçün araşdırma mövzusudur. Bununla belə etiraf edək ki, yuxarıda göstərilən real təhlükələr qarşısında bu “xırda özbaşınalıqlar” artıq bir qədər ikinci plana keçmiş olur. Amma sakinləri risk qarşısında qoyan daha bir real təhlükə var ki, bu da qanunsuz zəbt olunmuş binada yerləşən obyektlərin sahibi olan Rizvan Hwseynov tərəfindən bilavasitə törədilir.

Asaram, kəsərəm, ... çünki şəhid ailəsiyəm

Sakinlərin verdikləri açıqlamaya görə, Rizvan Hüseynovun özbaşınalıqlarından şikayət etmək qərarına gəlmiş vətəndaşları məhz bu cür hədələyir. Hətta sakinləri döyməklə hədələmək kimi əməllər də artıq Rizvanın vətəndaşlarla apardığı “mübarizə”də onun gen-bol istifadə etdiyi əsil terror üsullarına çevrilib. Həm də özünü dəli adlandıran (deməyinə görə onun psixiatrik klinikadan arayışı da var) Rizvan sakinləri tez-tez özünə qəsd edəcəyi ilə də hədələyir.

Amma bütün bu biabırçılığa rəğmən, heç kimə heç bir sənəd göstərməsə də Rizvan iddia edir ki, guya zəbt etdiyi bu binanı onun istifadəsinə Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov verib. Halbuki, məlumatlı şəxslər iddia edirlər ki, Rizvana məxsus obyektlərdən heç birinin nə müvafiq icazəsi, nə texniki şərti, nə də başqa heç bir qanuni sənədi yoxdur.

Bəs görəsən belə olan vəziyyətdə baş verənlər barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, eləcə də bu qurumun Bakı ərazi şöbəsinin rəhbərliyi nə düşünürlər?

Yəni özünü dəli adlandıran bir vətəndaşın dövlətə məxsus hər hansı binanı zəbt etməyinə qarşı bu qurumların sadəcə susqunluq nümayiş etdirməklərini biz həqiqətənmi normal hal kimi qəbul etməliyik?

Hələ biz yenə də zəbt olunmuş ərazidə Rizvanın özü üçün qanunsuz tikdirdiyi villadan, eləcə də “Azərişıq” ASC-yə məxsus elektrik dirəklərini öz “həyətyanı sahəsinə” qatmağından qətiyyən danışmırıq...

Maraqlıdır, görəsən bütün bu özbaşınalıqlara son qoymağa özündə cürət tapan bir qurum nəhayət ki, tapılacaq, yoxsa mütəmadi olaraq riskə, təhdid və təhqirlərə məruz qalan qonşular öz evlərini tərk edib burdan köçmək məcburiyyətində qalacaqlar?!

P.S. Hörmətli izləyicilərimiz!

Məsələ ilə bağlı aşağıdakıları diqqətinizə çatdırmaq istəyirik. Yuxarıda ünvanı göstərilən ərazidə bizim tərəfimizdən çəkiliş aparıldıqdan sonra Rizvan adlı şəxs (Rizvan Hüseynov) bizimlə telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirmək istədiyini və bu məqsədlə redaksiyaya gələcəyini bildirdi. Öz növbəmizdə Rizvana redaksiyaya gələrkən özü ilə sahibi oldu obyektlərə aid qeydiyyat və icazə sənədlərini götürməyi təklif etdik. Maraqlıdır ki, Rizvan Hüseynov redaksiyamıza ardıcıl olaraq iki gün gəldi. Bununla belə, bu şəxs sözü gedən obyektlərə aid heç bir sənəd təqdim edə bilmədi. Bunun əvəzində isə Rizvan Hüseynov anlaşılmaz hərəkətləri və təklifləri ilə redaksiyanın ofisində əsl şou nümayiş etdirdi. Beləki, ilk dəfə 26-11-2018-ci il tarixində redaksiyamiza "Qanun Keşiyində" qəzetinin baş redaktoru Rasim adlı şəxslə birlikdə gələn və özünüdə həmin qəzetin müxbiri kimi təqdim edən Rizvan Hüseynov söhbətə özünü şəhid qardaşı kimi təqdim etməklə başladı. Lakin bu şəxs özünün şəhid ailəsinə aid olduğuna dair heç bir sənəd yenədə təqdim edə bilmədi. Əksinə, ondan belə bir sənəd istədiyimizə görə Rizvan nəlayiq sözlər işlətməyə, and içməyə və bu yolla bizi haqlı olduğuna inandırmağa çalışdı. Hətda iş o yerə çatdı ki, Rizvan əynindəki pencəyini çıxardaraq qollarını ülgüclə kəsəcəyi ilə bizi hədələdi. Bundan sonra onunla gələn Rasim adlı şəxs Rizvan Hüseynova bizi rüsüvay etmə deyərək, onu redaksiyadan çıxardıb apardı.

Lakin ertəsi gün 27-11-2018-ci il tarixində Rizvan Hüseynov yenidən, amma bu dəfə tək redaksiyamıza gəldi. Artıq onun hərəkətlərini əvvəlcədən təxmin edə bildiyimizə görə bu dəfə onu redaksiyanın kameralar quraşdırılmış çəkiliş otağında qəbul etdik.

Rizvan Hüseynov bu dəfədə özünü əvvəlki qaydada apararaq qeyri-adekvat hərəkətlərə yol verdi, özünə xəsarət yetirəcəyi ilə bizi hədələdi, həttda qolunu divara vuraraq əzəcəyini və bunun bizim tərəfimizdən edildiyini söyləyəcəyini bildirdi. Lakin otaqda kameralarla çəkiliş aparıldığını bildikdən sonra o bu fikirindən daşındı. Rizvan Hüseynovun bu hərəkətlərindən sonra redaksiyanın rəhbərliyi ona bir daha obyektlərinə aid qeydiyyat və fəaliyyətə icazə sənədlərini təqdim etməyi təklif etdi. Lakin bu şəxs yenədə heç bir sənəd ortaya çıxara bilmədi. Bundan sonra Rizvan Hüseynov sonuncu varianta əl ataraq bizə rüşvət təklif etməyə başladı. Nəhayət bununlada məqsədinə çatmayacağına əmin olduqdan sonra həmin şəxs redaksiyamızı tərk edib getdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR