SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Fond: "Təhsil krediti alan tələbələrin 15 faizi onu qaytarmağa başlayıb"

26-11-2018, 15:30 | Oxunub: 15 531 |

Fond: "Təhsil krediti alan tələbələrin 15 faizi onu qaytarmağa başlayıb"
"Hazırda təhsil haqqı üçün kredit alan tələbələrin onu geri qaytarmama ehtimalı sıfıra bərabərdir".

Emtv.az xəbər verir ki, bunu "Maarifçi" Tələbə Kredit Fondundan yerli mənbələrə sorğusuna cavab olaraq deyiblər.

Bildirilib ki, Fond üç il ərzində fəaliyyət göstərir və bu günədək tələbələrlə Fond arasında 223 təhsil krediti müqaviləsi imzalanıb. Artıq tələbələrin təqribən 15%-i borc öhdəliklərini geri qaytarmağa başlayıb:

"Hazırda kredit öhdəliklərinin qaytarılmama ehtimalının (NPL) nisbi faizi sıfıra bərabərdir. Lakin kredit borclarının qaytarılması mexanizmləri barədə dolğun və təfərrüatlı məlumat vermək tezdir, çünki bu cür Fondların fəaliyyəti müəyyən sosial məqsədlər də daşıyır. Əlbəttə ki, bütün sahələrdə mövcud olan risklər bu sistem üçün də keçərlidir".

Fonddan qeyd edilib ki, tələbələrə 2 növdə və faizsiz təhsil kreditləri təklif edilir. Kredit növündən asılı olmayaraq, güzəşt müddəti bütün tələbələrə şamil olunur.

Həm standart, həm də güzəştli paketlərdə kredit alan tələbə hər iki paket üzrə krediti güzəşt müddəti götürməklə ala bilər. Güzəşt müddəti isə kredit paketinin növündən asılı olaraq, 12 ay və ya 24 ay müəyyən edilib. Hərbi xidmətə çağrılan şəxslər üçün hərbi xidmət üzrə təsdiqedici sənəd əsasında əlavə 1 il güzəşt müddəti uzadılır.

Tələbələr təhsilini başa çatdırdıqdan sonra onların güzəşt müddəti başlayır. Güzəşt müddəti bitdikdən sonra tələbələr kredit öhdəliklərini yerinə yetirməyə başlayırlar. Kredit alan tələbə təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirilmir. Lakin tələbə kredit borcunu təhsil və ya güzəşt müddəti ərzində də geri ödəyə bilər. Bununla bağlı məhdudiyyət qoyulmayıb.

Xatırladaq ki, maliyyə naziri Samir Şərifov təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlayıb:

"Təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək"

Aysu Aliyeva
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR