SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL

24-11-2018, 18:43 | Oxunub: 19 582 |

Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL

“Can Azərbaycanımızın torpaqları azad edilənə qədər Ermənistanla sərhəd qapıları açılmayacaq”

Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksül Gülbeyin Ermənistan TIR-larına Trabzon Limanının açıldığı barədə dedikləri geniş müzakiərlərə səbəb olub. Türkiyə və Azərbaycan mediasında yer alan bu mövzuya Türkiyənin Azərbaycandakı səfirliyindən də reaksiya verilib və iddia təkzib olunub. Həmçinin Trabzon Limanı müdiri Muzaffer bu iddiaları yalanlayaraq bildirib ki, ermənilərin dünyaya açılan qapısı Trabzondur. “Amma bu qapının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”- Ermiş deyib.

Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç yerli mətbuatın suallarını cavablandırdı.

-Hulusi bəy, bir neçə gün öncə bizə müsahibənizdə Qarabağ uğrunda şəhid olmağa hazır olduğunuzu növbəti dəfə dediniz. Sizin səfir olduğunuz dönəmdə həm Türkiyə, həm də Azərbaycanı şərəflə təmsil etdiyinizi çox yaxşı bilirik. Hazırda Türkiyədəsiniz, yəqin ki, Trabzon qapısı ilə bağlı səslənən iddialar barədə şəxsən araşdırma aparmısınız. Sizdə bununla bağlı nə kimi bilgilər var?

-Öncə təşəkkür edirəm. Bakıdan İstanbula yenicə gəlsəm də, can Azərbaycan üçün, Bakı üçün darıxmışam. Burda işlərimiz var. Amma fürsət düşən kimi Azəraycana növbəti dəfə gələcəyəm. Sizin vasitənizlə Azərbaycandakı bütün dostalara, qardaşlara salam söyləyirəm. Səslənən iddialara gəldikdə, ola bilsin bu yük maşınları Gürcüstan üzərindən keçir. Amma mən bunu dəqiq bilirəm ki, Ermənistanla sərhədlər bağlıdır. Trabzondan açılan qapı Gürcüstana aparır, buna əmin olun. Türkiyənin Gürcüstanla üç qapısı var: Sarp, Türkgözü və Cıdır-Akdaş. Mənim dediklərim rəsmi olmaya bilər. Amma bunu dəqiq bilirəm ki, sərhəd açıq deyil, bağlıdır. Trabzon zatən Sarp tərəfə yaxındır. Ola bilsin gürcülərə gedən yükləri sonradan da gürcülər onlara satır. Bunu rəsmi olaraq bilmirəm. Amma təxmin edirəm ki, belədir.

-Belə iddialar var ki, Ukraynanın da içərisində olduğu bir layihə var və ildə 200 TIR-ın Türkiyəyə keçməsi izni alınıb. Bu, nə dərəcədə ciddi iddiadır?

-Mən qeyd etdim ki, Türkiyə ilə Ermənistan sərhədi bağlıdır. Amma hardan gedir, onu bilmirəm. Sərhəd məsələsi ilə bağlı Türkiyənin mövqeyi dəyişilməzdir. Sərhədin bağlanmasına səbəb olan hallar aradan qaldırılmayıb. O şərtlər yerinə yetirilməyib. Ortaya qoyulan şərtlərə əməl olunsa, biz sərhədi aça bilərik. Türkiyənin mövqeyi budur. Başqa mövqe ola bilməz. O 200 maşın başqa yerdən gedə bilər, Rusiyadan da, başqa ölkədən də. Amma Türkiyənin Ermənistanla ortaq sərhədindən keçə bilməz. O sərhəd bağlıdır, ta ki, şərtlər yerinə yetirilənə qədər bağlı qalacaq. Mən sizi əmin edirəm. Türkiyənin bu mövzuda mövqeyi heç zaman dəyişməyəcək.

Hulusi Kılıç: “Zamanında ortaya qoyulan şərtlərə əməl olunanadək
sərhədlər bağlı qalacaq”


-Hulusi bəy, biz də qardaş Türkiyədən ancaq bu mövqeni gözləyirik. Elə bu günlərdə Türkiyə prezidentinin köməkçisi növbəti dəfə bəyan etdi ki, işğal altındakı Azərbaycan əraziləri azad olunmalıdır. Ankaranın prinsipiallığı bizi məmnun edir...

-Təbii, bizim istəyimiz də budur. Azərbaycan torpaqları azad olunarsa, Ermənistan da bundan faydalanar, erməni xalqı da bölgədəki rifahdan, inkişafdan payını ala bilər. Bizim arzumuz işğala son verilməsidir. Həmçinin bizim heç bir xalqla düşmənçiliyimiz yoxdur. Biz erməni xalqı ilə illərlə iç-içə yaşadıq, həm Türkiyə, həm Azərbaycanda. Amma siyasətçilərin bu mövzuda daha diqqətli olmaları lazımdır.

-Bəzi iddialar var ki, 2009-cu il Sürix protokolları başqa formada yenidən masaya qoyula bilər. Bu, mümkündürmü?

-Onlar boş iddialardır. Heç vaxt gündəmə gələ bilməz. Çünki Türkiyənin, cümhurbaşqanımızın mövqeyi dəyişməz. Bunlar Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçün söylənən şeylərdir. Bunlara qulaq asmayın! Türkiyə hər zaman sizin yanınızdadır. Biz birlikdə daha da güclüyük. O baxımdan heç kimin ağlına başqa şey gəlməsin. Can Azərbaycanımızın torpaqları azad edilənə qədər Ermənistanla sərhəd qapıları açılmayacaq. Zamanında ortaya qoyulan şərtlərə əməl olunanadək sərhədlər bağlı qalacaq.

Elşad PAŞASOY,
Musavat.com

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR