SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan DİPLOMATİYASINA ARXADAN vurulan ZƏRBƏ - Fuad Əzizovla, Eldar Həsənovun səfirlik SAVAŞI

22-11-2018, 17:30 | Oxunub: 23 613 |

Azərbaycan DİPLOMATİYASINA ARXADAN vurulan ZƏRBƏ - Fuad Əzizovla, Eldar Həsənovun səfirlik SAVAŞI

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada uğurlu diplomatik siyasət aparılır. Bu gün ölkəmiz ən mühüm beynəlxalq platformalarda təmsil olunur, aparılan xarici siyasətin nəticəsində böyük güclər bizimlə hesablaşır. Lakin təəssüf ki, diplomatik missiyasının tərkibində bu taleyüklü peşəyə yaraşmayan şəxslərin olması bəzən neqativ hallara gətirib çıxarır.

Bununla bağlı müxtəlif nümunələr mövcuddur və Azərbaycan Xarici İşlər Nazirliyi belə halların qarşısını zamanında almaq üçün əlindən gələni edir. Sonuncu dəfə XİN-in Ukraynadakı səfirliyimizdə araşdırmalara başlaması da bunun əyani sübutudur.

Təəssüfedici hallardan biri də Azərbaycanın Rumıniyada səfirliyində müşavir olaraq çalışan Fuad Əzizovla bağlıdır.

Emtv.az xəbər verir ki, Fuad Əzizov Azərbaycanın Rumıniyadakı diplomatik korpusunda ikinci ən mühüm vəzifə olan müşavir postunda əyləşsə də, diplomata xas olmayan fəaliyyətlə məşğuldur.

Səfirliyə yaxın mənbə bildirir ki, F. Əzizovun Rumıniyada diplomatik missiyadan uzaq olan müxtəlif biznes fəaliyyəti var. Lakin məsələ təkcə onun bizneslə məşğul olması yox, diplomata yaraşmayan davranışlar etməsidir.

Fuad Əzizov vaxtilə Rumıniyada səfir işləmiş, indi isə Serbiyadakı diplomatik missiyaya rəhbərlik edən Eldar Həsənova yaxın olub. Məlumata görə, F. Əzizov müşavirlik postuna qədər məhz Eldar Həsənovun dolayısı yolla verdiyi dəstəklə yüksəlib. Lakin sonradan Eldar Həsənovla münasibətləri pozulub, hazırda hər iki şəxs arasında neytral münasibətlər hökm sürür.

Fuad Əzizovu tanıyan şəxslər danışır ki, o, Azərbaycanın Rumıniyadakı səfiri postuna göz dikib və bunun üçün əlindən gələni edir. Dəqiqləşdirilməmiş məlumatlara görə, vaxtilə ona dəstək verən Eldar Həsənovla münasibətlərinin pozulmasına səbəb də məhz F. Əzizovun vəzifə hərisliyi olub.

Fuad Əzizov səfir postunu əldə etmək üçün sonuncu dəfə Azərbaycanın Rumıniyadakı keçmiş səfiri Fərid Abdınbəyova "arxadan zərbə” vurub.

Mənbələrimiz qeyd edir ki, ötən il F. Abdınbəyovun qəza törətdiyi ilə bağlı xəbəri mətbuata məhz F. Əzizov ötürüb.

Xatırladaq ki, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov 2017-ci il fevralın 26-da Xocalı faciəsi ilə bağlı səfirlikdə təşkil olunan tədbirdə iştirak etməyib. Sonradan mətbuatda məlumat yayıldı ki, səfirin tədbirə qatılmamasının səbəbi fevralın 25-də Vaslui şəhərində qəza törətməsi və xəstəxanaya yerləşdirilməsi olub.

"Bu xəbəri Fuad Əzizov mediaya ötürüb. Məqsədi Fərid Abdinbəyovun səfir postundan uzaqlaşdırılması, yerinə özünün keçməsi idi. Lakin bu baş tutmadı”, - deyə mənbələrimiz qeyd edir.

F. Abdinbəyov Prezident İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli sərəncamı ilə geri çağırıldı, onun yerinə Hüseyn Nəcəfov Rumıniyadakı fövqəladə və səlahiyyətli səfir təyin edildi. Fuad Əzizovun səfir olmaq planı baş tutmadı.

Hərçənd, səfirliyə yaxın mənbə F. Əzizovun səfir olmaq üçün yeni səfir Hüseyn Nəcəfova qarşı da hər an çıxa biləcəyini deyir.

"Əgər əlində hər-hansı bir neqativ məqam düşərsə, bundan sona qədər istifadə etməyə çalışacaq. Belə şəxslər diplomatik missiyaya uyğun deyillər. Məhz Fuad Əzizov kimilərin bu cür fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinə xələl gətirir”, - deyə mənbə danışır.

Araşdırmamız davam edir.

Aynurə Kərimova,
Emtv.az

Paylaş,


















miq.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR