17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
AQTA mənşəyi məlum olmayan 2,5 ton əti məhv edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) noyabrın 20-də mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyini məhv edib.
Emtv.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda keçirilən malların məhvolma prosesində bir sıra media nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, bir müddət öncə AQTA və müvafiq qurumların əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən satış məntəqələrində mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar etmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyənləşmişdi.
Aynurə Kərimova,
Emtv.az